Prezident İlham Əliyev “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. APA-nın məlumatına görə, Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının əlaqələndirilməsi Səhiyyə Nazirliyinə həvalə edilib. Sərəncamdan irəli gələn məsələlərin həlli Nazirlər Kabinetinə tapşırılıb.
Bölmə: Xəbərlər
Gələn tədris ilində Azərbaycanda dərslər sentyabrın 15-də başlanacaq
Təhsil naziri Azərbaycanda dərs ili müddətinin artırılması məsələsinə növbəti dəfə aydınlıq gətirib. APA-nın xəbərinə görə, təhsil naziri Mikayıl Cabbarov 2013-2014-cü tədris ilinin nəticələrinə həsr olunan hesabat mətbuat konfransında deyib ki, gələn tədris ilində Azərbaycanda dərslər sentyabrın 15-də başlanacaq. Davamı
Bakıda TürkPA-nın 5-ci plenar iclası başlayıb
Bakıda Türkdilli ölkələrin Parlament Assambleyasının (TürkPA) 5-ci plenar iclası başlayıb. APA-nın məlumatına görə, iclasda üzv ölkələrin – Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstanın parlament sədrləri, deputatları, eləcə də Macarıstan parlamentinin sədr müavini, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, MDB PA, TÜRKSOY, Türk Akademiyası, Qara Dəniz İqtisadi Əməldaşlıq Təşkilatı Parlament Assambleyası, GUAM və Türkiyənin Marmara Qrupu Fondunun nümayəndələri iştirak edirlər. Davamı
Vatikanda Azərbaycan tarixinə aid əlyazmalar aşkar olunub
Əlyazmalar İnstitutunun əməkdaşı, tarix üzrə elmlər doktoru Fərid Urxan oğlu Ələkbərli Vatikanın Məxfi Arxivinə və Apostol Kitabxanasına uzunmüddətli ezamiyyətləri (2011-2014) başa çatıb. Əlyazmalar İnstitutundan APA-ya verilən xəbərə görə, ezamiyyətlərin məqsədi Vatikan Arxivlərində Azərbaycana aid tarixi sənədlərin aşkar edilməsi və ilkin araşdırmaya cəlb olunması idi. Davamı
Buraxılış imtahanında XI sinif şagirdlərinin 1746-sı “Ana dili”, 2674-ü isə “Riyaziyyat”dan “2” qiyməti alıb
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 8-də keçirilmiş ilk buraxılış imtahanının statistik nəticələrini və şagirdlərin aldıqları qiymətləri açıqlayıb. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, iyunun 8-də IX və XI sinif şagirdlər üçün keçirilmiş buraxılış imtahanında ana dili və riyaziyyat fənlərinin hər biri üzrə ayrılıqda test tapşırıqlarına verdiyi düzgün cavablarının sayı 8-dən az olmayan şagirdlər müvəffəq qiymət alıblar. Davamı


