Bakıda TürkPA-nın 5-ci plenar iclası başlayıb

TurklerBakıda Türkdilli ölkələrin Parlament Assambleyasının (TürkPA) 5-ci plenar iclası başlayıb. APA-nın məlumatına görə, iclasda üzv ölkələrin – Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstanın parlament sədrləri, deputatları, eləcə də Macarıstan parlamentinin sədr müavini, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, MDB PA, TÜRKSOY, Türk Akademiyası, Qara Dəniz İqtisadi Əməldaşlıq Təşkilatı Parlament Assambleyası, GUAM və Türkiyənin Marmara Qrupu Fondunun nümayəndələri iştirak edirlər. 

İclası ötən gün quruma sədrliyi Türkiyədən təhvil alan Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov açıq elan edib və üzv ölkələrin qarşılıqlı əməkdaşlığından danışıb. O bildirib ki, üzv ölkələrin iqtisadi və siyasi gücünün artması təşkilatın da nüfuzunun artmasına xidmət edəcək: “Birimizin qazandığı müvəffəqiyyət hamımızın qazandığı müvəffəqiyyətdir”.

Toplantıda TürkPA-nın fəaliyyətinin məzmunu barədə müzakirə aparılacaq, hesabat məruzələri dinləniləcək. İclasın gündəliyinə daimi komissiyalara sədr və sədr müavinlərinin seçilməsi, Azərbaycanda keçirilən prezident seçkilərinə dair qurumun hesabatı və TürkPA-nın 2015-ci il büdcəsinin təsdiqi də daxildir

13.06.2014