Bölmə: Xəbərlər

Azərbaycan prezidenti: “Bu limanın açılışı böyük işlərin tərkib hissəsidir”

6b5337af1bcaaa5a43a083f9bc32ac08“Əminəm ki, bu limanın fəaliyyəti nəticəsində Azərbaycanın inkişafı daha da sürətlə gedəcək, ölkə iqtisadiyyatına yeni investisiyalar qoyulacaq və Azərbaycan tranzit ölkə kimi öz imkanlarını daha da genişləndirəcək”. APA-nın məlumatına görə, bu barədə  Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 22-də Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin birinci mərhələsi çərçivəsində bərə terminalının açılışındakı çıxışında deyib. Davamı

23.09.2014

Azərbaycanda labirint formalı unikal qəbir abidə tapılıb

bcfc9cb5f37a9e12f1b18edb61eeb73aAzərbaycanın Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunda yerləşən 8 min il yaşı olan Şahtaxtı arxeoloji abidələr kompleksində arxeoloji tədqiqatlar zamanı labirint tipli unikal abidə tapılıb. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Qəhrəman Ağayev bildirib. Davamı

18.09.2014

Prezident İlham Əliyev: “Gələn il Bakıda təmirsiz məktəb qalmayacaq”

Ilham Eliyev 070611“Azərbaycanda elmə, təhsilə göstərilən diqqət mütləq öz nəticəsini verəcək. Bizdə savadlılıq yüksək səviyyədədir, savadsız insan yoxdur. Bu, böyük üstünlüyümüzdür”. APA-nın məlumatına görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Bakının Xəzər rayonunun Şağan qəsəbəsindəki 124 nömrəli orta məktəbin kollektivi və yerli ictimaiyyət nümayəndələri ilə görüşü zamanı deyib. Davamı

16.09.2014

Yer kürəsində son 11 ilin ən güclü maqnit qasırğaları qeydə alınıb

PlanetlerAzərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Günəş və Günəş-Yer şöbəsinin müdiri Namiq Cəlilov APA-ya açıqlamasında deyib ki, yerdə çox güclü maqnit qasırğaları baş verib. Onun sözlərinə görə, maqnit qasırğası dünən səhər 06:00-dan başlayıb 11:00-dək davam edib: “Sonradan nisbətən sakitləşib. Növbəti qasırğa isə axşam saat 19:00-dan başlayıb bu gün səhər saat 05:00-ə kimi davam edib. J3 balında olanda olan tsikli çox güclü qasırğadır. Kifayət qədər güclü maqnit qasırğası yerin maqnit sahəsini çox güclü silkələyib. İndi proses sönməyə doğru gedir. Amma maqnit qasırğaları təkrarlana bilər. Çünki günəş diskində maqnit qruplaşmaları əmələ gəlib, həm alışma baş verir, həm də plazma atılır. Qasırğalar davam edə bilər və bu da Yerə yenidən müəyyən təsir edə bilər”. Davamı

16.09.2014

İlham Əliyev 124 nömrəli məktəbin yeni binasının açılışında iştirak edib

acilismekteb_153Sentyabrın 15-də ölkəmizdə yeni dərs ili başlayıb. “Bilik Günü”ndə orta və ali məktəblər qapılarını şagirdlərin, tələbələrin üzünə açıb. Bu il bir çox yeni məktəblər və yenidən qurulub, əsaslı təmir olunan təhsil ocaqları istifadəyə verilib. Belə təhsil müəssisələrindən biri də Bakının Şağan qəsəbəsində yeni inşa edilmiş Füzuli Gözəlov adına 124 nömrəli tam orta məktəbdir. “Bilik Günü” bu məktəbin müəllim-şagird kollektivi üçün ikiqat əlamətdar oldu. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva məktəbin açılışında iştirak etdilər. Davamı

15.09.2014