Bölmə: Qarabağ

Bu gün Xocalı faciəsinin qurbanları yad edili

Ilham_Eliyev_Xacali_abidesiBu gün Azərbaycan prezidenti İlham Əliyev Bakıda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış “Xocalı” abidəsini ziyarət edib. APA-nın məlumatına görə, prezident abidənin önünə əklil qoyub, faciə qurbanlarının xatirəsinə ehtiramını bildirib. Baş nazir Artur Rasizadə, Milli Məclis sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva da abidənin önünə gül dəstələri qoyublar. Mərasimdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, nazirlər, komitə və şirkət rəhbərləri, dini konfessiyaların başçıları, habelə qırğından xilas ola bilmiş Xocalı sakinləri iştirak ediblər.  Davamı

26.02.2014

22 il qan ağlayan Xocalı

Xocali1992-ci il fevralın 25-dən 26-sına keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayının köməyi ilə silahsız və köməksiz Xocalı şəhərinə hücum etmişlər. Əvvəlcə şəhər dörd tərəfdən erməni qoşunları tərəfindən əhatə olunmuş, sonra isə Xocalıya artilleriya və ağır hərbi texnikadan güclü və amansız atəş açılmış, az bir vaxt ərzində şəhərdə yanğın baş vermiş, şəhər tamamilə alova bürünmüşdür. Şəhərin müdafiəçiləri və yerli əhali buranı tərk etməyə məcbur olmuşlar. Fevralın 26-sı səhər saat 5-ə kimi şəhər erməni işğalçıları tərəfindən zəbt edilmişdir. Davamı

25.02.2014

Drezdenin ictimai nəqliyyatında Xocalı soyqırımına həsr olunmuş video çarx nümayiş etdirilir

drezdenAlmaniyada yaşayan azərbaycanlılar bu ölkənin ictimaiyyətini 22 il əvvəl ermənilərin Xocalıda azərbaycanlılara qarşı törətdiyi soyqırımı haqda məlumatlandırmaq məqsədilə müxtəlif tədbir və aksiyalar keçirir. Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Almaniyada Saksoniyanın inzibati mərkəzi olan Drezden şəhərində fəaliyyət göstərən Alman Azərbaycan Dostluq Cəmiyyəti Drezdendə şəhərdaxili və şəhərətrafı istiqamətlərdə hərəkət edən ictimai nəqliyyat vasitələrində (avtobus və tramvaylarda) Xocalı soyqırımını əks etdirən çarxların nümayişini təşkil edib. Davamı

18.02.2014

Rəsmi London qoşunların təmas xəttində atəşkəsin pozulması hallarının davam etməsindən narahatdır

LondonBöyük Britaniya parlamentində Birləşmiş Krallığın işğal olunmuş Dağlıq Qarabağ və Azərbaycanla bağlı siyasətinə dair qısa debatlar keçirilib. APA-nın məlumatına görə, debatlar parlamentin üzvü Stefen Paundun təşəbbüsü ilə baş tutub. Debatlarda Böyük Britaniya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mark Simons çıxış edib. O qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi Cənubi Qafqaz regionunda qeyri-sabitliyə səbəb olmaqla, Ermənistanla Azərbaycanın inkişafına maneə törətməkdə davam edir.   Davamı

12.02.2014

Qubadlının işğalından 20 il ötür

Qubadli-xeritede-310812Azərbaycanın Qubadlı rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsinin 20 ili tamam olur.APA-nın məlumatına görə, Qubadlı rayonu 1930-cu ildə yaradılıb. ərazisi 802 kv.km-dir. 94 yaşayış məntəqəsi, o cümlədən, 1 şəhər və 93 kəndi var. 31 avqust 1993-cü ildə ermənilər tərəfindən işğal edilib. İşğal ərəfəsində əhali 30 minə qədər olub. Davamı

31.08.2013