Bölmə: Qarabağ

Ermənistanın Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarını işğal etməsindən 20 il ötür

Cebrayil-ve-Fizuli-rayonlari_xeriteAPA-nın məlumatına görə, Füzuli rayonu 23 avqust 1993-cü ildə erməni hərbi birləşmələri tərəfindən işğal edilib. Ümumi sahəsi 139393 hektar olan Füzuli rayonunun qərb hissəsindən (50 kənd və rayon mərkəzi) 125368 hektar ərazi hələ də erməni işğalı altındadır. Rayonun işğaldan azad olunmuş ərazisində 13 qəsəbə və 20 kənd var. Davamı

23.08.2013

Elxan Süleymanov: “Sərsəng su anbarındakı vəziyyətlə bağlı Tərtərdə beynəlxalq konfrans keçiriləcək”

Elxan_Suleymanov1“Erməni tərəfi su anbarından birgə istifadə kimi hiyləgər ideya ortaya atıb və çalışır ki, bunu hər iki tərəfin dinc əhalisini sülhə hazırlama layihəsinin tərkib hissəsi kimi təqdim etsin”

Azərbaycanda Vətəndaş Cəmiyyətinə Yardım Assosiasiyası (AVCİYA) Ermənistan işğalı altında qalan Sərsəng su anbarı ilə bağlı layihə həyata keçirir. Mövzu ətrafında maraq doğuran sualları AVCİYA-nın prezidenti, millət vəkili və adı çəkilən layihənin rəhbəri Elxan Süleymanov cavablandırır Davamı

19.08.2013

Türkdilli ölkələr Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllinə tərəfdardır

92784014268582906ed22a459a776fafTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Qəbələsammitinin yekun Bəyannaməsində Dağlıq Qarabağmünaqişəsinə dair maddə yer alıb. Türkdilli DövlətlərinƏməkdaşlıq Şurasının (TÜRKKON) Qəbələ şəhərindəkeçirilən sammitinin yekun Bəyannaməsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələdə qeyd olunub. APA-nın məlumatına görə, sənədin 13-cümaddəsində bu münaqişəyə həsr olunub. Davamı

16.08.2013

Elxan Süleymanov: “AŞPA açıq-aşkar işğalçı Ermənistanın müdafiəçisinə çevrilib”

elxan_suleymanov_serseng_bakuMillət vəkili Elxan Süleymanov və onun AŞPA – dakı 24 həmkarı tərəfindən imzalanan və müzakirəyə qoyulan Dağlıq Qarabağ və onun 7 ətraf rayonunun Ermənistan tərəfindən qanunsuz işğalına göz yuman beynəlxalq ictimaiyyəti tənqid edən ilk qətnamə təklifi artıq aprelin 21-i Strasburqda AŞPA-nın yaz sessiyası zamanı Assambleya tərəfindən veto ilə əngəlləndi. Davamı

26.06.2013

AVCİYA «Sərsəng – humanitar faciənin qarşısının alınması» layihəsini elan edib

aea2ed8552a2dbddbd33ff1198fcd18dAzərbaycanda Vətəndaş Cəmiyyətinə Yardım Assosiasiyası (AVCİYA) «Sərsəng – humanitar faciənin qarşısının alınması» layihəsini elan edib. APA-nın məlumatına görə, layihə barədə məlumat verən AVCİYA-nın vitse-prezidenti Vəli Əlibəyov bildirib ki, Azərbaycanın işğal olunmuş ərazilərində 4 su anbarı mövcuddur, Ermənistanın imkanları isə bu anbarları təmir etməyə imkan vermir. Davamı

25.05.2013