Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində 1812-ci il Vətən müharibəsində Rusiyanın qələbəsinin 200 illiyinə həsr olunmuş dəyirmi masa keçirilib

12.11.2012Noyabrın 12-də Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində 1812-ci il Vətən müharibəsində Rusiyanın qələbəsinin 200 illiyinə həsr olunmuş dəyirmi masa keçirilib. Tədbir Azərbaycanda Rusiya həmyerliləri təşkilatlarının Koordinasiya Şurası və Respublika kazakları həmyerlilər Birliyi ilə birgə təşkil olunmuşdur.

Tədbirdə Rusiya həmyerliləri təşkilatlatlarının rəhbərliyi və fəalları, tarixçilər, respublikanın gənclər birliklərinin nümayəndələri, Bakı Dövlət Universitetinin tarix fakültəsinin tələbələri və Bakı ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri.

RİMM-in sərgi zalında “1812: qələbəyə doğru” adlı şəkil sərgisinin açılışı oldu. Rusiya Əməkdaşlıq Nümayəndəliyinin rəhbəri Ənvər Şeyxov il ərzində 1812-ci il Vətən Müharibəsində Rusiyanın qələbəsinin 200 illiyinə aid silsilə tədbirlərin keçirildiyini bildirib. Onun sözlərinə görə, həmin tədbirlər gənclərin marağına səbəb olmuş və cari ilin fevralında mövzuya dair ən yaxşı essenin yazılmasına müsabiqə elan edilmişdir. Müsabiqədə qalib gələnlər aprel ayında Moskvada “On ikinci ilin əbədi xatirəsilə” adlı gənclərin forumunda iştirak ediblər. Dərs ili ərzində RİMM-in meydançasında Rusiya tarixi üzrə olimpiadalar keçirildi və qaliblər “Salam Rusiya” layihəsi çərçivəsində Moskva və Smolensk şəhərlərinə 1812-ci il Vətən müharibəsinin olduğu yerlərə səfər etdilər. Səfərin yekünlarına dair məktəblilər Rusiya Əməkdaşlıq Nümayəndəliyinin təşkil etdiyi müsabiqədə iştirak etmək üçün video süjetlər hazırlamışdılar. Qaliblərə fəxri fərmanlar təqdim olunub.

Bakı Slavyan Universiteti yanında “Məktəb-lisey” tədris kompleksinin şagirdləri M.Y.Lermontovun “Borodino” şerini səsləndiriblər. Tədbir RİMM-in konfrans zalında “Bütün Rusiya unutmayacaq” silsilə filmlərindən “Naməlum Borodino”” sənədli filminin nümayişi ilə davam etdirilib.

Azərbaycan kazakları Həmyerlilər Birliyinin sədri Viktor Mereşkin, Rus icması sədrinin müavini Boris Voronin, Bakı Dövlət Universitetinin slavyan ölkələrinin tarixi kafedrasının dosenti Abutalıb Cəlilov, “ELS” Müstəqil Araşdırma Mərkəzinin rəhbəri İradə Yaqubova, tələbə gənclər təşkilatları Birliyinin mətbuat-xidmətinin rəhbəri Məcid Musayev və digərlərinin çıxışlarında qeyd olundu ki, Vətənin azadlığı uğrunda çox millətli Rusiya xalqlarının sücaəti gənc nəslin vətənpərvərlik ruhunda tərbiyələndirilməsində vacib rol oynayir.

Qeyd edək ki, tədbir haqqında mətbuatda, o cümlədən AzTV telekanalında reportaj nümayiş etdirildi.

12.11.2012