Azərbaycanın təhsil naziri: “Məktəblilərin yay tətilinin müddəti çox uzundur”

3e4616152a464b2adb8081827c0178fbBu il Azərbaycanda yeni tədris ili sentyabrın 16-da başlayacaq

APA-nın xəbərinə görə, təhsil naziri Mikayıl Cabbarov Təhsil Nazirliyinin rəsmi Facebook səhifəsindəki suallar əsasında verdiyi müsahibəsində deyib ki, bu məsələyə dair qərar birmənalıdır. Lakin təhsil naziri 3 ay yarım yay tətilinin şagirdlərin istirahət üçün çox uzun müddət olduğunu deyib.

Onun fikrincə, beynəlxalq təcrübə də yay tətilləri uzun olduqda uşaqların bilik səviyyələrinin məktəbə gələrkən xeyli aşağı düşdüyünü göstərir: “Bu başqa bir problemi də yaradır. Problem isə ondan ibarətdir ki, məktəb proqramının həcmi azalmır. Ən azı 20-25 il bundan öncə məktəbdə verilməli olan proqramın həcmi bugünkündən az deyildi. Yaxud əksinə, bu gün verilməli olan bilik proqramı 20-25 il əvvəldən az olmamalıdır. Uşaqlara yayda istirahət etməyə nə qədər çox imkan veririksə, bir o qədər də onların tədris ili zamanı dərs yükü artır. Çünki dərs günlərinin sayı azalır. Əvvəllər dərslər sentyabrın 1-də başlayırdı, eyni zamanda tədris 6 günlük idi. Amma bu il tədris sentyabrın 16-da başlayacaq və tədris həftəsi də 5 günlük olacaq”.

28.09.2013