Bu günlərdə kütləvi informasiya vasitələri Latviya Parlamentinin ölkənin bütün ümümtəhsil məktəblərində tədrisin latış dilinə keçməsi haqqında qanun qəbul etdiyini xəbər verib. Sözügedən qanunun lehinə əksər deputatlar səs vermiş, baxmayaraq ki, bu gün Latviyada yaşayan 2 milyon əhalinin 40% rusdillidir. Hələ illər əvvəl Latviya parlamenti latış dilini pis bilən və öz iş yerində ondan kifayət qədər istifadə etməyənlər üçün inzibati cəzaları sərtləşdirən qanun layihəsini qəbul etmişdir. Davamı
Bölmə: Ana səhifə
MSK: Seçicilərin seçkidə iştirakını təmin etmək üçün zəruri tədbirlər görülür
“Mərkəzi Seçki Komissiyası (MSK) aprelin 11-nə təyin edilmiş prezident seçkilərində bütün seçicilərin iştirakını təmin etmək üçün zəruri tədbirlər həyata keçirir”. APA-nın xəbərinə görə, bunu MSK-nın sədr müavini Natiq Məmmədov “Səhhəti ilə əlaqədar seçicilərin müvəqqəti olduqları yerlərdə Azərbaycan Respublikasının Prezidenti seçkilərinin təşkili” mövzusunda seminar müşavirədə çıxış edərkən deyib. Davamı
Prezident seçkilərində “exit-poll” keçirmək istəyən təşkilatların sənədlərinin qəbulu müddəti başa çatıb
Aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar “exit-poll” keçirmək niyyətində olan təşkilatların akkreditasiya üçün təqdim etdikləri sənədlərin qəbul edilməsi müddəti bu gün başa çatıb. Davamı
AŞPA-nın Azərbaycan üzrə həmməruzəçiləri aprelin 11-də prezident seçkilərini müşahidə edəcəklər
Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Sezar Florin Preda və Stefan Şennak Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı səsvermə prosesini müşahidə edəcəklər. Davamı
MSK sədri MDB nümayəndə heyəti ilə görüşüb
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov 2018-ci il aprelin 11-də keçiriləcək Azərbaycan Respublikası Prezidentinin seçkilərini izləmək üçün Azərbaycanda səfərdə olan Müstəqil Dövlətlər Birliyinin (MDB) İcraiyyə Komitəsi sədrinin birinci müavini Viktor Quminskinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Davamı


