AŞPA-nın Azərbaycan üzrə həmməruzəçiləri aprelin 11-də prezident seçkilərini müşahidə edəcəklər

Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Sezar Florin Preda və Stefan Şennak Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı səsvermə prosesini müşahidə edəcəklər.

APA-nın AŞPA-nın saytına istinadən verdiyi məlumata görə, onlar AŞPA müşahidə missiyasının tərkibində səsvermə ərəfəsində Azərbaycana səfər edəcəklər.

Qeyd edək ki, AŞPA Azərbaycanda prezident seçkiləri ilə bağlı səsvermə prosesini ATƏT/DTİHB və ATƏT PA ilə koordinasiyalı şəkildə müşahidə edəcək. Viorel Riçard Badeanın rəhbərlik edəcəyi missiyaya 33 nəfər daxildir.

Xatırladaq ki, Azərbaycanda prezident seçkiləri aprelin 11-də keçiriləcək.

22.03.2018