Bölmə: Ana səhifə

Güclü dolu və leysan Azərbaycanın bir sıra rayonlarına ciddi ziyan vurub

LeysanSetyabrın 10-dan başlayaraq yağan güclü dolu və leysan Azərbaycanın Şamaxı, Ağsu, Qəbələ, İsmayıllı, Göyçay rayonlarına ciddi ziyan vurub. APA-nın xəbərinə görə, Şamaxı şəhərinin 10-a yaxın küçəsini sel basıb. Həyətyanı sahələr, evlərin zirzəmiləri su və lillə dolub. Selin gətirdiyi böyük daşlar 3 küçədə avtomobillərin hərəkətini məhdudlaşdırıb. Davamı

12.09.2012

Nizami Gəncəvinin “Xəmsə”sinin yeni nüsxəsi tapılıb

Nizami_GenceviAzərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, AMEA-nın müxbir üzvü Rafael Hüseynov dünya ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin “Xəmsə”sinin naməlum nüsxəsini tapıb. Davamı

5.09.2012

Azərbaycan Ordusunun zabiti Ramil Səfərov azadlığa buraxılıb

Ramil-SeferovAzərbaycan prezidenti İlham Əliyev Ramil Səfərovun əfv olunması barədə sərəncam imzalayıb. APA-nın xəbərinə görə, sərəncamda bildirilir ki, 1977-ci ildə anadan olmuş, Macarıstanın Budapeşt Paytaxt Məhkəməsinin 2006-cı il 13 aprel tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Azərbaycan Respublikasının vətəndaşı Səfərov Ramil Sahib oğlu cəza çəkməkdən azad edilib. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir. Davamı

31.08.2012