Azərbaycanın 2013-cü il dövlət büdcəsi layihəsində ölkədə prezident seçkilərinin keçirilməsi üçün nə qədər vəsait ayrılmasının nəzərdə tutulduğu məlum olub.APA-nın xəbərinə görə, bu məqsədlə təxminən 42,5 milyon manat (42 450 176 manat) vəsait ayrılması nəzərdə tutulur. Davamı
Bölmə: Ana səhifə
Azərbaycan dövlət müstəqilliyinin bərpasının 21 illiyini qeyd edir
Bu gün Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən 21 il ötür. APA-nın məlumatına görə, Azərbaycan Respublikasının Ali Soveti 1991-ci il oktyabrın 18-də keçirilən iclasında “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul edib. Davamı
Azərbaycan paytaxtında İqtisadi Əməkdaşlıq Təşkilatının sammiti keçirilir
Bu gün Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət başçılarının sammiti keçirilir. APA-nın məlumatına görə, tədbirdə Azərbaycan, İran, Pakistan, Əfqanıstan, Tacikistan prezidentləri, Türkiyənin baş naziri, həmçinin Qırğızıstan, Özbəkistan və Türkmənistanın təmsilçiləri iştirak edirlər. Davamı
İqtisadi Əməkdaşlıq Təşkilatının XII sammitində Bakı Bəyannaməsi qəbul olunub
İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) XII Sammitinin yekununa dair Bakı Bəyannaməsi qəbul olunub. APA-nın məlumatına görə, sənədin qəbulundan sonra ECO mükafatlarının təqdim olunması mərasimi keçirilib.
Müxtəlif sahədə elmi-tədqiqat işlərinə görə ECO mükafatı 8 ölkədən 24 nəfərə verilib. Azərbaycandan iqtisadiyyat sahəsi üzrə bu mükafat Asəf Nadirova təqdim olunub. Davamı
Azərbaycan və İran prezidentlərinin görüşü olub
Azərbaycan prezidenti İlham Əliyev İran prezidenti Mahmud Əhmədinejad ilə görüşüb. APA-nın məlumatına görə, görüşdə İqtisadi Əməkdaşlıq Təşkilatının 12-ci Zirvə Toplantısının önəmi vurğulanıb, bu tədbirin region ölkələri arasında əməkdaşlığın bundan sonra da genişləndirilməsi işinə öz töhfəsini verəcəyinə əminlik ifadə olunub. Davamı


