Tofiq Quliyev… Azərbaycan caz və estrada, kino musiqisinin banisi, XX-ci əsrdə yaşayıb-yaradan, istər böyüklər, istərsə də uşaqlar tərəfindən sevilən dahi bəstəkar, dirijor və pianoçu. Bu gün, noyabrın 7-də Tofiq Quliyevin dünyaya göz açdığı gündür.
Bir çox simfonik əsərlərin müəllifi olan Tofiq müəllim XX əsrin 70-ci illərinin sonlarında bir çox uşaq və gənc musiqi müsabiqələri, o cümlədən “Bakı payızı”nı yaratmışdır. Nəvəsi Cəmilə Muradasilovaya həsr etdiyi fortepiano üçün “Cəmilənin albomu” uşaq pyesləri məcmuəsindən uşaq musiqi məktəblilərinin repertuarında geniş istifadə edilir. O, “Bəxtiyar”, “Ögey ana”, “Möcüzələr adası”, “Şir evdən getdi” “Qayğı”, “Şəfa nəğməsi”, “Qardaşlıq köməyi”, “Əbədi Odlar ölkəsi” və bir çox bədii və sənədli filmə musiqi bəstələmiş, bununla da adını Azərbaycan kino tarixinə əbədi olaraq qızıl həriflərlə yazmışdır.

“Azərbaycanda eyni şagirdin adının müxtəlif məktəblərdə getməsi və məktəb direktorları tərəfindən müəyyən şagirdlərlə bağlı məlumatların gizlədilməsi hallarına rast gəlinir. Təhsil Nazirliyində həmin məktəb direktorları ilə bağlı məlumatlar var”. APA-nın xəbərinə görə, bunu nazirlikdə keçirilən mətbuat konfransında İnsan resursları şöbəsinin müdir müavini İlham Nağıyev deyib.
Nazirlər Kabinetinin dərs ilinin müddətinin artırılması ilə bağlı qərarı bu il tətbiq olunamayacaq. Təhsil Nazirliyi Azərbaycanda ümumtəhsil məktəblərində dərs ilinin müddəti artırılması ilə bağlı məsələyə münasibət bildirib.
Nazirlər Kabineti Təhsil Nazirliyinin təklifini nəzərə alaraq dərs ilinin artırılması ilə bağlı “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə dəyişiklik edib. APA-nın məlumatına görə, dəyişikliyə əsasən ümumtəhsil məktəbində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatacaq.
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni illə əlaqədar Azərbaycanda 5 gün iş olmayacaq. APA-nın məlumatına görə, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü, 1-2 yanvar Yeni illə bağlı bayram günləri elan edilib. Müvafiq olaraq 2015-ci il 3 və 4 yanvar tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyindən Yeni ildə 5 gün qeyri-iş günü olacaq. 
