Monthly Archives: February 2014

Rəsmi London qoşunların təmas xəttində atəşkəsin pozulması hallarının davam etməsindən narahatdır

LondonBöyük Britaniya parlamentində Birləşmiş Krallığın işğal olunmuş Dağlıq Qarabağ və Azərbaycanla bağlı siyasətinə dair qısa debatlar keçirilib. APA-nın məlumatına görə, debatlar parlamentin üzvü Stefen Paundun təşəbbüsü ilə baş tutub. Debatlarda Böyük Britaniya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mark Simons çıxış edib. O qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi Cənubi Qafqaz regionunda qeyri-sabitliyə səbəb olmaqla, Ermənistanla Azərbaycanın inkişafına maneə törətməkdə davam edir.   Davamı

12.02.2014

“Azərbaycanın mədəni irsinin qorunması və inkişafına dəstək”

QaliblerELS yeni layihəyə start verir

“ELS – Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyinin “Azərbaycanın mədəni irsinin qorunması və inkişafına dəstək” adlı layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2014-cü il 1-ci maliyyə yardımı müsabiqəsinin qalibidir. Qeyd edək ki, fevralın 11-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 217 QHT layihəsinin maliyyələşdirilməsi haqda yekun qərar qəbul etmişdir. Davamı

12.02.2014

ELS və AVCİYA Azərbaycan Gəncləri gününü qeyd etdi

03.02.2014Fevralın 3-də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası və “ELS” Müstəqil Araşdırmalar Mərkəzi 2011-ci ildən həyata keçirdiyi “Vətəndaş cəmiyyəti gələcəyimiz naminə“ birgə layihəsi çərçivəsində “Azərbaycan Gəncliyinin problemləri və perspektivləri” mövzusunda dəyirmi masa keçirildi. Təqdimat  KİV

Davamı

3.02.2014