Almaniyada yaşayan azərbaycanlılar bu ölkənin ictimaiyyətini 22 il əvvəl ermənilərin Xocalıda azərbaycanlılara qarşı törətdiyi soyqırımı haqda məlumatlandırmaq məqsədilə müxtəlif tədbir və aksiyalar keçirir. Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Almaniyada Saksoniyanın inzibati mərkəzi olan Drezden şəhərində fəaliyyət göstərən Alman Azərbaycan Dostluq Cəmiyyəti Drezdendə şəhərdaxili və şəhərətrafı istiqamətlərdə hərəkət edən ictimai nəqliyyat vasitələrində (avtobus və tramvaylarda) Xocalı soyqırımını əks etdirən çarxların nümayişini təşkil edib. Davamı
Drezdenin ictimai nəqliyyatında Xocalı soyqırımına həsr olunmuş video çarx nümayiş etdirilir
18.02.2014


