Daily Archives: 01/12/2013

Piyadaların təhlükəsizliyi təkcə onlardan asılı deyil

Irada_Yagubova-ELS

Yanvarın 9-da “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova Gənclərin Səsi Radiosunun “Piyada vaxtı” verilişinin qonağı olub. Yarım saat ərzində “Beynəlxalq təcrübədə piyada qaydaları” mövzusu ətrafinda danışan müstəqil ekspert canlı yayımda eyni zamanda Bakı şəhərində piyadaların təhlükəsiz hərəkəti üçün yaradılan şərait, yol hərəkəti qaydalarının pozulma faktlarının son zamanlar artması və s. bu kimi günün aktual suallarını cavablandırıb. Davamı

12.01.2013

Rusiyalı jurnalistlər: “Ağdam şəhəri artıq yoxdur, bura faktiki olaraq daşlıq səhradır”

Karabag“Avtorevyü” Rusiya-Ukrayna jurnalının son sayında Dağlıq Qarabağdan hazırlanmış reportaj dərc olunub

“Avtorevyü” Rusiya-Ukrayna jurnalının 23-cü sayında nəşrin əməkdaşlarının Azərbaycanın erməni işğalı altında olan Dağlıq Qarabağ bölgəsinə səfərindən hazırlanmış reportaj dərc olunub. Bu barədə APA-ya Krımın azərbaycanlı icmasının rəhbəri Rəhim Hümbətov məlumat verib. Onun sözlərinə görə, reportajda işğal altında olan ərazilərdə real vəziyyətlə bağlı məlumatlar yer alıb: “Müxbirlərin Ermənistan sərhədindəki təəssüratlarına dair bir neçə sitat təqdim edirəm. “Xarici pasportlara möhür vurulması bir neçə dəqiqə çəkdi. Gömrükdəki formal proseduraların yerinə yetirilməsinə isə 3 saat sərf olundu. Yox-yox, səbəb konyak deyildi, sadəcə burada belə işləyirlər. Kompüter məftilləri dolaşmış masaların arxasında qaşqabaqlı adamlar oturub, ətraf isə heç nə anlamayan sürücülərlə doludur.  Məlumat kitabçası var, amma hamısı erməni dilindədir. Surətçıxarma aparatları cırıldayır, çap maşınları kağızları çeynəyir, möhürlər blankların üzərinə enir, çap olunmuş qəbzlər bir masadan o birisinə uçur. Və birdən – sakitlik! Serverlə əlaqə yoxdur. Gözləyin! On dəqiqə, iyirmi, qırx… İkinci dəfə rabitə sığortanın sənədləşməsi zamanı kəsilir, vəd olunan 10 dəqiqə əvəzinə kontorda bir saatdan çox vaxt itiririk. Sərhəddə hər avtomobilin xərci təxminən 65 dollar tutdu”. Davamı

12.01.2013