Dairə Seçki Komissiyasında Treninqlər Keçrilir

105 saylı Tovuz seçki dairəsi dairə seçki komissiyasının sədri Ələkbər Ələkbərov bildirmişdir ki, Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklərə dair ümumxalq səsverməsi (referendum) ilə əlaqədar MSK-nın tədbirlər planına uyğun olaraq, dairə seçki komissiyasının üzvləri və məntəqə sədrləri üçün treninq keçirilmişdir. Treninq iştirakçıları «Azərbaycan Respublikası Konstitusiyası ilə verilən seçki hüquqlarının həyata keçirilməsi, Seçki Məcəlləsi, referendumla bağlı əsas anlayışlar və prinsiplər», «Seçici siyahıları və onların dəqiqləşdirilməsi, referendum komissiyalarının fəaliyyətində aşkarlıq, referendumun keçirilməsi, səslərin hesablanması, seçkilərin nəticələri haqqında yekun protokolların tərtibatı haqqında», “Vətəndaşların seçki hüquqlarının pozulmasına dair şikayətlərə baxılması, seçki hüquqlarının pozulmasına dair məsuliyyət” və sair mövzularda məruzələr dinləmişlər.
Sonda trenimq iştirakçılarını maraqlandıran suallara aydınlıq gətirilmişdir.

Mənbə: www.apa.az

2.05.2009