Venesiya Komissiyası referendumla bağlı rəyinin ilkin variantını bu gün Azərbaycana təqdim edəcək

Avropa Şurasının Venesiya Komissiyası referenduma çıxarılacaq Konstitusiyaya əlavə və dəyişiklərlə bağlı rəyinin ilkin variantını bu gün Azərbaycan tərəfinə təqdim edəcək.

Bu barədə Venesiya Komissiyasından məlumat verilib. Komissiyadan bildirilib ki, hüquqi ekspertiza üçün təqdim olunmuş sənədlər üzərində iş aparılan zaman Azərbaycan tərəfi ilə əməkdaşlıq edilib, prezident administrasiyası lazım olan bütün sənədləri təqdim edib, yaranan suallara aydınlıq gətirib.

Ekspertlərin rəyi Venesiya Komissiyasının martın 13-14-də keçiriləcək plenar sessiyada müzakirə olunacaq.

Xatırladaq ki, Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsi Venesiya Komissiyasından Azərbaycanda keçiriləcək referenduma çıxarılacaq əlavə və dəyişikliklərə hüquqi rəy verməsini xahiş edib.

Mənbə: www.azertag.az

7.03.2009