«Vətənpərvərlik dünən, bu gün və sabah. Bunun üçün nə edilir?»-Dəyirmi Masanın press-relizi

«ELS» Müstəqil Araşdırmalar Mərkəzinin

«Vətənpərvərlik dünən, bu gün va sabah. Bunun üçün nə edilir?» mövzusunda keçirdiyi

Dəyirmi Masanın PRESS-RELİZİ

Tədbirdə Prezidentin İcra Aparatı, Nazirlər Kabineti, Milli Məclis, Müdafiə Nazirliyi va digər müvafiq nazirlik va idarələrin, Ombudsman Aparatı, Bakı şəhər İcra Hakimiyyəti və rayon icra hakimiyyətlərinin səlahiyyətli şəxsləri, QHT təmsilçiləri və jurnalistlər dəvət olunmuşlar. Masada «ELS» MAM-ın rəhbəri İrada Yaqubova Mərkəzin keçirdiyi monitorinqin nəticələrini təqdim etdi.

Öz qəhrəmanlıgı ilə tanınan Azərbaycanın oğul va qızları vətənin çətin vaxtlarında canlarından keçməyə həmişə hazır olmuşlar. Böyük Vətən müharibəsində 600 mindən çox döyüşçü cəbhəyə yollanmış, onların 300 mini döyüşlərda həlak olmuşlar. Daha yaxın tarix bu ənənələrin itirilmədiyini göstərmişdir: Qarabağ uğrunda vuruşanlar arasında çox saylı könüllülər və canlarından  doğma torpaq naminə verənlərin sayı minlərlədir. Onların Vətən uğrunda göstərdikləri şücaət gənc nəslə örnək kimi təqdim edilməli və vətənpərvərlik mənəvi dəyər qisminda aşılanmalıdır. Xalqımız üçün xüsusi əhəmiyyət kəsb edən bir neça tarix – 15 iyun Qurtuluş, 22 iyun Böyük Vətən müharibəsinin başlanması, 26 iyun Azərbaycan silahlı Qüvvələri günləri ərəfəsində vəziyyət necədir? Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyələndirilməsi üçün nə edilir və nə edilməlidir?

Bunun üçün ilk növbədə vətən uğrunda canlarından keçmiş qəhrəmanlara hörmət və ehtiram göstərilməli və onların qəhrəmanlığı, xüsusilə də Azərbaycanın Milli Qəhrəmanları barədə məlumat bütün informasiya vasitələri ilə və ilk növbədə Internetlə geniş təbliğ edilməlidir.

Lakin bu gün həmin istiqamətdə görülən işlərin miqyası, yaranmış vəziyyət narahatcılığa əsas verir. İlk növbədə qeyd etmək lazımdır ki, hələ də Müdafiə Nazirliyinin saytı mövcud deyil, halbuki məhz bu saytda Azərbaycan ordusunun şanlı tarixi barəsində məlumat verilməli idi. Mövcud vəziyyət isə belədir ki, hazırda hətta Azərbaycanın Milli Qəhrəmanları barəda məlumatı müxtəlif saytlarda pərakəndə şəkildə verilmiş informasiyalardan toplamaq məcburiyyətindəyik. Ytç onların dəqiq sayını müəyyən etmək olmur.

Başqa bir məqam. Təxminən 209 Milli Qəhrəman arasında yalnız iki qadın vardır. Bunlar Salatın Əsgərova va Gültəkin Əsgərovadır.

Müxtəlif saytlarda verilən məlumata əsasən Salatın Əsgərovaya «Təfəkkür» Universitetinin həyətində büst qoyulmuşdur. Lakin həqiqətda bu, universitetin tibbi biologiya laboratoriyasında qoyulmuş Gültəkin Əsgərovanın barelyefidir. Müxtəlif qurumlara müraciət etməyimizə baxmayaraq Salatın Əsgərovaya qoyulmuş abidə və yaxud büst haqqında heç bir məlumat əldə edə bilmədik.

Gültəkin Əsgərovanın büstü Atatürk prospekti 79 ünvanında yerləşən kiçik xiyabanda qoyulmusdur. Lakin bu xiyabanın yaşıllığı bərbad vəziyyətdədir və ümumiyyatlə, büstün özü kol-kosun içərisində heç görünmür. Ətrafı basan quru otların təmizlənməsini həmin otların yandırılmasında görənlər büstü yaşıl naşiyə ilə yox, yanmış zibil və siqaret kötükləri ilə dolu bir çölə çeviriblər. Belə bir halda bu cür laqeydliyin şahidi olan əhalidə, xüsusən də gənclərdə hansı hisslərin və dəyərlərin formalaşması barədə narahat olmağına dəyər.

Torpaqlarımızın işğalı ilə bağlı yaranmış vəziyyətdə müasir vətəndaş cəmiyyətində vətənpərvərlik ideallarının formalaşdırılması vacib rol oynayır. Cəmiyyətdə düzgün mənəvi dəyərlərin və vətəndaş mövqeyinin formalaşması üçün həm dövlət qurumlarının, həm də ictimai təşkilatların, KİV nümayəndələrinin birgə fəaliyyəti tələb olunur.

Qeyd edək ki, «ELS» Müstəqil Araşdırmalar Mərkəzinin fəaliyyətinin məqsədi beynəlxalq aləmin nailiyyatlərindən bəhrələnib ölkəmizdə elmi, sosioloji və digər tədqiqatlar keçirməklə Azərbaycanda vətəndaş cəmiyyətinin təşəkkül tapmasına kömək göstərmək və ölkəmizin inkişafında əldə edilmiş uğurları dünya ictimaiyyətini məlumatlandırmaqdır.

«ELS» Müstəqil Araşdırmalar Mərkəzinin mətbuat xidməti

Vetenperverlik.pdf

8.01.2008