“ELS” Müstəqil Araşdırmalar Mərkəzinin 2011-ci ilin yanvar ayında ictimai əsaslarla start verdiyi “Vətəndaş cəmiyyəti gələcəyimiz naminə” layihəsinin növbəti mərhələsində 2011-ci il 24 may tarixində «Caspian Plaza» Biznes mərkəzinin konfrans zalında “Uşaq yaradıcılıq kollektivlərinin problemləri və perspektivləri” mövzusunda Dəyirmi Masa keçirilmişdir.
Tədbirdə görkəmli mədəniyyət və incəsənət xadimləri, Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Ailə, Qadın, Uşaq Problemləri Dövlət Komitəsi, Ombudsman Aparatı, aidiyyətli rəsmi qurumlar, uşaq yaradıcılıq kollektivlərinin və yerli QHT-lərin təmsilçiləri, beynəlxalq təşkilatların rəsmiləri, habelə KİV təmsilçiləri iştirak etmişlər.