Tələbələr üçün təlimlər davam edir

Oktyabrın 19-da “ELS Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyinin AR Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə, Azərbaycan Standartlaşdırma İnstitutunun təşkilatıi dəstəyilə “Açıq hökumətin təşviqinə dair təşəbbüslərin tədbiqinə ictimai dəstəyin təşkili” layihəsi çərçivəsində Azərbaycan növbəti təlimləri keçirilib. 

Standartlaşdırma sahəsində yüksək ixtisaslı müətəxəssislər ölkənin ali tədris müəssisələrinin “Metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi” ixtisasında təhsil alan tələbələrə “Azərbaycanın milli standartlaşdırma sisteminin əsasları” mövzusunda təlimlər keçirib. Layihənin rəhbəri İradə Yaqubova, ekspertlər Fəridə Bəşirova və Namiq Tağıyev Dövlət Standartlaşdırma sistemi, standartlaşdırmanın əhəmiyyəti və iqtisadi inkişafa təsiri, milli standartlaşdırma orqanının fəaliyyət istiqamətləri, hüquqi bazası, prinsipləri və s. məsələlərə toxunub, gəncləri maraqlandıran sualları cavablandırıblar.

Sonra tələbələr Standartlaşdırma İnstitutunda fəaliyyət göstərən fond və laboratoriyalardakı müasir avadanlıqlarla tanış olublar.

Qeyd edək ki, Azərbaycan Standartlaşdırma İnstitutunun inzibati binasında təşkil olunan treninqlər oktuabrın 23-də başa çatacaqdır.

19.10.2018