Şirvan, Hacıqabul, Sabirabad, Saatlı, İmişli, Beyləqan şəhərində treninqlərin ikinci mərhələsi başa çatıb

«ELS» Müstəqil Araşdırmalar Mərkəzi 3-4 oktyabr tarixində Şirvan, Hacıqabul, Sabirabad, Saatlı, İmişli, Beyləqanda seçimə düşən məntəqələrdə «Exit-poll» keçirəcək intervüer və supervayzerlər üçün treninqlərin ikinci mərhələsində təlimlər keçirilib. Oktyabrın 3-də Şirvan şəhərində keçirilən təlimdə iştirakçılara bir daha «Exit-poll» tədqiqatının aparılması üçün müvafiq qaydalar barədə məlumat verilib. Seçki günü intervüer və supervayzerlər anket və sorğu vərəqələrindən istifadə mexanizmi ilə bağlı təlimçini diqqətlə dinləyiblər. Şirvan şəhərində keçirilən treninqdə Hacıqabuldan olan intervüer və supervayzerlər də iştirak edib.

Günün ikinci yarısında treninqin ikinci mərhələsində təşkil olunmuş təlimlər Sabirabad və Saatlı şəhərində davam etdirilib. Burada da seçkiyə düşən məntələqələrdə «Exit-poll» keçirəcək intervüer və supervayzerlərə qaydalar barədə yenidən məlumat verilib. Yeniliklərlə təlim iştirakçıları tanış olublar.

Oktyabrın 4-də isə İmişli rayonunda intervüer və supervayzerlər treninqə cəlb olunub. Həmin gün Beyləqan şəhərində keçirilməli olan təlim təxirə salınıb və ertəsi gün treninq baş tutub.

Təlimçi Zaur Quliyev hər bir şəhərdə intervüer və sepurvayzerlərin deyilənləri necə qavramsı və seçki günü bunlara əməl edib-etməməsi ilə bağlı müsahibə formasında təlimlər keçib.

8.10.2008