Seçkiqabağı yarış: 8 namizəd Azərbaycan Prezidenti olmaq istəyir

İctimai Televiziyanın studiyasında Azərbaycanda 11 aprel tarixində keçiriləcək prezident seçkiləri ilə əlaqədar namizədlərin ödənişsiz debatları davam edir. Namizədlər MSK-da püşkatma ilə müəyyən edilmiş ardıcıllıqla çıxış edərək  ayrılan vaxt ərzində seçki platformalarını seçicilərə təqdim etməyə çalışırlar.

Qeyd edək ki, martın 19-da başlayan seçki marafonunda prezidentliyə namizədlərə İctimai Televiziya və Radio Yayımları Şirkətində həftədə 6 saat ödənişsiz əsaslarla vaxt ayrılıb: 3 saat İctimai Televiziyada, 3 saat isə İctimai Radioda. Dəyirmi masa həftənin 1,2 və 3-cü günləri keçirilir: saat 19:00-da İctimai Radioda,  22:00 İctimai TV-də (hər namizədə 7 dəqiqə 30 saniyə vaxt ayrılıb).

26.03.2018