QHT Əməkdaşlıq Alyansı “Eurovision-2012” mahnı müsabiqəsi ilə əlaqədar vətəndaş cəmiyyətinin üzərinə düşən vəzifələri müzakirə etdi

24.01.20122012-ci ilin yanvar ayının 24-də Beynəlxalq Mətbuat Mərkəzində QHT Əməkdaşlıq Alyansının “Azərbaycanda Eurovizion-2012: Vətəndaş cəmiyyətinin üzərinə düşən vəzifələr” mövzusunda keçirilən Dəyirmi Masanı giriş sözü ilə Alyansın əlaqələndiricisi Rufiz Qonaqov açdı. Sonra Alyansın Şura üzvü, tədbirin keçirilməsi üzrə İşçi Qrupunun rəhbəri İradə Yaqubova mövzu ilə bağlı geniş və ətraflı məruzə etdi. Daha sonra Dəyirmi Masada iştirak edən dövlət qurumlarının nümayəndələri, millət vəkilləri, “Bakı Eurovizion-2012” İşçi Qrupunun nümayəndələri, Mahnı Müsabiqəsinin qalibləri, QHT və media təmsilçiləri çıxış edərək, vətəndaş cəmiyyətinin qarşısında duran vəzifələrdən danışıdılar.

QHTE_əməkdaşlıq_Alyansının_təklifləri

Press-Reliz

Kiv

24.01.2012