Prezident seçkilərini izləmək istəyən beynəlxalq müşahidəçilərin sayı açıqlanıb

Aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar 312 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib. APA-nın məlumatına görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib.

M. Pənahov deyib ki, bura ATƏTDemokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun 280 qısa müddətli müşahidəçisi və MDB-nin qısa müddətli müşahidəçiləri bu siyahıya daxil deyil.

Ümumilikdə, 47 ölkənin vətəndaşları Azərbaycanda prezident seçkilərini müşahidə etmək üçün MSK-ya müraciət edib.

24.03.2018