Prezident seçkilərinə 5 gün qaldı

“ELS” Müstəqil Araşdırmalar Mərkəzində “exit-poll” layihəsi çərçivəsində  hazırlıq işləri davam edir  

“ELS” Müstəqil Araşdırmalar Mərkəzinin 2018-ci il Prezident seçkilərində keçirəcək “Ekzit-poll” (“еxit-poll”) tədqiqatı ilə bağlı hazırlıq işləri davam edir. Tədqiqatın hazırki mərhələsində “exit-poll” üçün tələb olunan müvafiq sənədlərin və ləvazimatların komplektləşdirilməsi prosesi başlamışdır.

Qeyd edək ki, Bakı, Abşeron, Sumqayıt və regionlarda “exit poll” keçirəcək könüllülərin təlimləri aprelin 1-də başa çatıb, yaxın günlərdə müvafiq sənədlər və ləvazimatlar rayonlara göndəriləcək. Aprelin 10-da isə seçki günü Mərkəzi Qərargahda “exit-poll”un əhatə etdiyi məntəqələrdən məlumatlar alacaq telefonçu və operatorlar üçün treninqin keçirilməsi nəzərdə tutulub.

Xatırladaq ki, Azərbaycanda prezident seçkiləri aprelin 11-nə təyin olunub.

6.04.2018