Prezident seçkiləri ilə əlaqədar indiyədək 543 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib

“Mərkəzi Seçki Komissiyasında bu günə kimi ölkə üzrə müşahidə aparmaq üçün 1281 müşahidəçi qeydiyyatdan keçib. Bunların 277-i öz təşəbbüsü, 783-i QHT-lərin xətti, 220-i partiyaların təşəbbüsü, 1 nəfər xüsusi icazə ilə müşahidəçi kimi qeydiyyatdan keçib”. APA-nın məlumatına görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında MSK sədri Məzahir Pənahov bildirib.

M.Pənahov deyib ki, indiyə qədər 543 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib: “Ümumilikdə, 51 nüfuzlu beynəlxalq təşkilatın, parlamentlərin, ölkələrin seçki komissiyalarının müşahidəçiləri qeydiyyatdan keçib. Müşahidəçilər 52 ölkənin vətəndaşlarıdır. Beynəlxalq müşahidəçilərin qeydiyyatı prosesi davam edir”.

MSK sədri qeyd edib ki, dairələr üzrə 53 min 900 müşahidəçi qeydiyyatdan keçib. Bunların arasında 12 partiyanın müşahidəçiləri var.

31.03.2018