Prezident İlham Əliyev Qobustan qəsəbəsində yeni inşa olunan xəstəxananın açılışında iştirak edib

Yanvarın 14-də Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində AZərbaycan Səhiyyə Nazirliyinin yeni inşa olunan 17 saylı birləşmiş şəhər xəstəxanasının açılışı olub. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Dövlətimizin başçısı xəstəxana binasının rəmzi açılışını bildirən lenti kəsdikdən sonra bu tibb müəssisəsində yaradılan şəraitlə tanış olub.

Qeyd edək ki, son illərdə ölkədə səhiyyə sisteminin təkmilləşdirilməsi və inkişafı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətininprioritet istiqamətlərindən biridir.

14.01.2019