«Piyada mədəniyyətinin aşağı səviyyəsinə kim cavabdehdir?» mövzusunda Dəyirmi Masanın PRESS-RELİZİ

«ELS» MÜSTƏQİL ARAŞDIRMALAR MƏRKƏZİ

«Piyada mədəniyyətinin aşağı səviyyəsinə kim cavabdehdir?» mövzusunda Dəyirmi Masanın

PRESS-RELİZİ

«ELS» Müstəqil Araşdırmalar Mərkəzi 19.12.2006-cı tarixdə saat 11.00-13.00-dək Beynəlxalq Mətbuat Mərkəzində «Piyada mədəniyyətinin aşağı səviyyəsinə kim cavabdehdir?» mövzusunda Dəyirmi Masa keçirəcək. Tədbirdə Prezidentin İcra Aparatı, Nazirlər Kabineti, Milli Məclis, Bakı şəhər İcra Hakimiyyəti və rayon icra hakimiyyətləri, müvafiq nazirlik və idarələrin səlahiyyətli şəxslərinin, QHT təmsilçiləri və jurnalistlərin iştiraki planlaşdırılıb.

Tədbirin keçirilməsində məqsəd Mərkəz tərəfındən aparılan monitorinqin nəticələrinə əsaslanaraq Bakı şəhərində piyada hərəkətinin təşkilində mövcud nöqsanlar va insanların təhlükəsizliyinin təmin edilməməsi səbəbindən yaranan problemlərin müzakirəsidir. Tədbirdə keçirilmiş monitorinqin nəticələri va fotomateriallar təqdim ediləcək.

Rəsmi statistik malumatlara görə Bakıda son zamanlarda yol nəqliyyat hadisələrinin sayı xeyli artmışdır. Aparılan monitorinq zamanı bunun əsas səbəbi kimi yollarda piyadaların hərəkəti üçün təhlükəsiz şəraitin yaradılmaması va infrastrukturun qeyri-qənaətbəxş vəziyyətdə olması müəyyən edilmişdir. Şəhər təsərrüfatının səlahiyyətli orqanları tərəfındən dəqiq təşkilin va nəzarətin həyata keçirilməməsi piyadalarda yol hərəkəti qaydalarına etinasızlığın formalaşması va bunun nəticəsində yol nəqliyyat hadisələrində yüzlərlə insanın ölümü va yaxud yaralanmasına səbəb olur.

Bundan başqa, şəhərimizin küçələrində səliqə-səhmanm saxlanılmasına yönaldilən tədbirlərin təşkil olunmaması piyadalarda yaşadığı şəhərə va onun xarici görünüşünə görə cavabdehlik hissinin, ehtiyatlı va səliqəli davranma vərdişlərinin formalaşmasına zamin yaratmır. Nəticədə onları əhatə edənləri norma kimi qəbul edən, küçələrdə savadlı və mədəniyyətli davranış üçün lazımi biliklərə malik olmayan nəsil yetişir. Bunların hamisi öz növbəsində paytaxta gələn çoxsaylı xarici qonaqlarda Bakının beynəlxalq standartlara cavab verən müasir meqapolis şəhər kimi rəyinin formalaşmasına mane olur.

«ELS» Müstəqil Araşdırmalar Mərkəzinin apardığı tədqiqatlar və əldə olunan məlumatlar (müstəqil ekspertlərin rəyləri, əhali arasında aparılan rəy sorguları va qeyri hökumət təşkilatlarının məlumatları) əsasında şəhər təsərrüfatının aşağıdakı mühüm problemləri olduğu aşkar edilmişdir.

1. Yolların hərəkət hissəsində piyada hərəkətinin təşkilində mövcud problemlər:

– Tikilmiş yolayırıcı zolaqlarının konstruksiyalarının qənaətbəxş olmaması: piyada

keçidləri hissəsində haşiyə üçün istifadə edilmiş səki daşlarının hündürlüyünün 20-25 santimetr olması piyadaların va uşaq arabalarının keçməsi üçün çətinliklər yaradır, yaşlı nəsil va ailələr üçün isə təmamilə keçilməz olur;

– Çox yerdə yerüstü piyada keçidlərin nəqliyyat vasitələrinin hərəkəti ilə əlaqəsi olmayan, bəzən tam mənasız, bəzən isə müştərilərin mağazalara, banklara va digər obyektlərə yönəltmək məqsədilə yerlərdə yerləşdirilməsi;

– Piyada keçidləri zolaqlarının çoxunun qənaətbəxş vəziyyətdə olmaması, yəni çox hissəsinin silinməsi nəticəsində hətta gün işığında belə görünməz halda olması;

– Piyada zolaqlarının lazımi yerlərdə olmaması;

– Yollarda piyadaların keçidi nəzərdə tutulmayan yerlərdə daşların döşənməsi ilə piyadaların yol hərəkəti qaydalarının pozmasına şəraitin yaradılması;

– Yeraltı   piyada   keçidləri   olan   yerlərdə   yerüstü  piyada   keçidi   üçün   daşların döşənməsi ilə piyadaların qanunsuz keçidə sövq edilməsi və bununla da yol nəqliyyat hadisələri üçün zəminin yaradılması;

– Avtomobillərin intensiv hərəkəti ilə seçilən yolayırıcılarında piyadaların təhlükəsiz hərəkəti    üçün    şəraitin    yaradılmaması,   yəni    piyadaların    keçidinə    vaxtın ayrılmaması;

2.    Səkilərdə piyada hərəkətinin təşkilində mövcud problemlər:

– Səkilərin çoxunun qeyri-qənaətbəxş görünüşü, təmirə ehtiyacı olması və piyadalar üçün təhlükə yaratması;

– Səkilərin tərtibatı və döşənməsində müəyyən konsepsiyanm olmaması və nəticədə küçələrin yamaqlanmış görünüşü;

– Obyekt sahibləri tərəfindən nəzarətsiz və bəzən təhlükəsizlik qaydalarına cavab verməyən tərzdə səkilərin tərtibatı;

– Ticarət obyektləri tərəfindən sakilərdən istifadə olunması nəticəsində  piyadaların keçidinin məhdudlaşdırması və onları nəqliyyatın hərəkət etdiyi hissəyə çıxmağa məcbur etməsi;

– Səkilərdən avtomobil dayanacaqları kimi istifadə edilməsi nəticəsində piyadaların hərəkətinə maneələrin yaranması və səkilərin daha tez müddətdə dağılması;

– Yeni hündürmərtəbəli evlərin tikintisi zamanı səkilərin zəbt edilməsi və piyadaların təhlükəsiz hərəkətini təmin edən xüsusi məcərlənmiş və üst örtüyü olan keçidərin təşkil edilməməsi;

– Şəhər   küçələrində   zibil   qutularının   olmaması   səbəbindən   səkilərin   zibilliyə çevirilməsi;

– Zibil     konteynerlərinin     küçələrdə     nəqliyyatın     hərəkət     edən     hissəsində yerləşdirilməklə küçələrin daraldılması ilə yanaşı nəqliyyatın hərəkəti üçün əlavə çətinliklər yaradılması və görkəmsizlik verilməsi;

3.     İnfrastrukturun (dayanacaqlar) təşkilində mövcud problemlər:

– Avtobus dayanacaqlarının yerinin müəyyən olunmaması və sürücülərin qanuni hərəkət sxeminə (yalnız müəyyən edilmiş yerlərdə avtobusun saxlanılması) riaət etmələrinə nəzarətin olmaması nəticəsində sərnişinlərin tələb etdikləri yerlərdə avtobusların saxlanılmasının yol hərəkəti qaydalarının pozulması və insanların həyatına təhlükənin yaradılması;

– Avtobusları    gözləmə    yerlərinin    qeyri-qənaətbəxş    təşkili    (bu    yerlər    ya ümummiyyətlə yoxdur və yaxud onlar aşkar nöqsanlarla quraşdırılmışdır);

– Müxtəlif  konstruksiyalı, eyni zamanda çoxunun təmirə ehtiyacı olan mövcud dayanacaqların şəhəri gorkəmsiz etməsi;

– Faktiki   bütün   avtobus   dayanacaqlarının   nəqliyyatı   gözləyən sərnişinlərin

rahatlığını və təhlükəsizliyini təmin etməməsi.

«ELS» Müstəqil Araşdırmalar Mərkəzi hesab edir ki, yol hərəkətinin təşkilində olan nöqsanların əksəriyyəti qısa müddətdə aradan qaldırıla bilər. Yalnız bunları həll etdikdən və yol hərəkəti qaydalan barədə əhalini məlumatlandırdıqdan sonra cərimə və digər inzibati tədbirləri nəzərdə tutan sanksiyaları həyata keçirmək mümkündür. Buna nail olunduğu təqdirdə piyadaların hayat təhlükssizliyini qorumaq, yol nəqliyyat hadisələrinin sayını azaltmaq və şəhərə layiqli görkəm vermək olar.

19.12.2006

12.10.2007