“Piyada mədəniyyətinin aşağı olmasına kim cavabdehdir?” – Press-reliz

«ELS» Müstəqil Araşdırmalar Mərkəzi 19.12.2006-cı tarixdə saat 11.00-13.00-da Beynəlxalq Mətbuat Mərkəzində «Piyada mədəniyyətinin aşağı səviyyəsinə kim cavabdehdir?» mövzusunda Dəyirmi Masa keçirəcək. Tədbirdə Prezidentin İcra Aparatı, Nazirlər Kabineti, Milli Məclis, Bakı şəhər İcra Hakimiyyəti və rayon icra hakimiyyətləri, müvafiq nazirlik va idarələrin səlahiyyətli şəxslərinin, QHT təmsilçiləri və jurnalistlərin iştiraki planlaşdırılıb.

Tədbirin keçirilməsində məqsəd Mərkəz tərəfındən aparılan monitorinqin naticələrinə əsaslanaraq Bakı şəhərində piyada hərəkətinin təşkilində mövcud nöqsanlar va insanların təhlükəsizliyinin təmin edilməməsi səbəbindən yaranan problemlərin müzakirəsidir. Tədbirdə monitorinqin nəticələri açıqlanacaq, foto-slaydlar vasitəsi ilə təqdimatı keçiriləcək.

Rəsmi statistik məlumatlara görə Bakıda son zamanlarda yol nəqliyyat hadisələrinin sayı kəskin surətda artıb. Aparılan monitorinq zamanı bunun əsas səbəbi kimi şəhər təsərrüfatının səlahiyyətli orqanları tərəfındən küçələrdə piyada hərəkəti üçün təhlükəsiz şəraitin yaradılmaması aşkar edilib. Şəhərimizin küçələrində səliqə-səhmanın olmaması, piyada mədəniyyətinin aşağı düşməsinə səbəb olur, həmçinin iqtisadi cəhətdən israfçılıqla nəticələnir. Belə vəziyyət şəhərimizə gələn çoxsaylı xarici qonaqlarda paytaxtımızın müasir meqapolis şəhər imicinin formalaşmasına mane olur.

«ELS» Müstəqil Araşdırmalar Mərkəzinin apardığı tədqiqatlar nəticəsində əldə olunan məlumatlara görə, Bakı şəhərində piyada hərəkəti üçün imkanlar çox məhdudlaşdırılıb, şəhər təsərrüfatının problemləri son beş ildə həddən artıq çoxalıb və bunun nəticəsində hər il paytaxtda yol nəqliyyat hadisələrində yüzlərlə insan həyatını itirir, yaralanır.

Qeyd edək ki, «ELS» Müstəqil Araşdırmalar Mərkəzinin fəaliyyətinin məqsədi beynəlxəlq aləmin nailiyyətlərinə yaxından bələd olmaqla ölkəmizdə elmi, sosioloji va digər tədqiqatlar keçirməklə Azərbaycanda vətəndaş cəmiyyatinin təşəkkül tapmasına kömək göstərmək və ölkəmizin müsbət inkişaf nailiyyətləri haqqında dünya ictimaiyyatini məlumatlandırmaqdır.

15.12.2006

15.12.2006