MSK: Akkreditə olunmuş beynəlxalq müşahidəçilərin sayı 900 nəfərə çatır

Aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyası (MSK) və dairə seçki komissiyaları tərəfindən akkreditə olunmuş müşahidəçilərin sayı açıqlanıb.

MSK-dan APA-ya verilən məlumata görə, prezident seçkiləri ilə əlaqədar 58 təşkilat və 59 ölkədən 871 beynəlxalq müşahidəçi akkreditə olunub. Akkreditə olunmuş yerli müşahidəçilərin sayı isə 56 min 864 nəfərdir.

4.04.2018