Milli Məclis soyqırımın 100 illiyi ilə əlaqədar bəyanat qəbul edib

Azərbaycanlıların soyqırımının 100 illiyi ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı qəbul olunub. APA-nın məlumatına görə, bəyanatı Milli Məclisin xüsusi iclasında sədr müavini Bahar Muradova oxuyub.

Bəyanatda ermənilərin müxtəlif vaxtlarda azərbaycanlılara qarşı törətdiyi soyqırım və deportasiya faktları sadalanıb. Sənəddə bildirilir ki, 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin tabeliyində olan daşnak qruplaşmaları azərbaycanlıları qarşı mənsubiyyətinə görə soyqırıma məruz qoyub: “Bu, ermənilərin “Böyük Ermənistan” xülyası naminə törətdikləri qətliamların ən böyük səhifələrindən biridir”.

Bəyanatda deyilir ki, həmin siyasətin davamı olaraq 1988-ci ildən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları başlayıb və bu, torpaqların işğalı, azərbaycanlıların kütləvi qətli, etnik təmizləmə ilə nəticələnib.

Sənəddə BMT-nin və digər beynəlxalq təşkilatların Dağlıq Qarabağ münaqişəsinin həllinə dair qətnamələrinin hələ də icra olunmaması xatırladılıb, ədalətin bərpası tələb olunub.

Bəyanat səsə qoyularaq qəbul edilib.

30.03.2018