Məktəblərdə payız tətili başlayır

Noyabrın 16-dan ümumi təhsil müəssisələrində 2018-2019-cu tədris ili üzrə payız tətili başlayır. Payız tətili 16-20 noyabr tarixlərini əhatə edir. Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, tədris ilinin 5 günlük növbəti – qış tətili isə 27-31 yanvar 2019-cu il tarixlərində olacaq.

Qeyd edək ki, ümumi təhsil müəssisələrində dərslər sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır. Tədris ilinin birinci yarımili 15 sentyabr – 26 yanvar, ikinci yarımili 1 fevral – 14 iyunu əhatə edir.

15.11.2018