Məcburi köçkünlər üçün yaşayış kompleksi istifadəyə verilib

Prezident İlham Əliyev mərasimdə iştirak edib

Dekabrın 24-də Abşeron rayonunu nərazisində 1000 məcburi köçkün ailəsi üçün salınmış yeni yaşayış kompleksi istifadəyə verilib. AZƏRTAC xəbərverirki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

Dövlətimizin başçısına məlumat verildiki, bu yaşayış kompleksi ölkə üzrə məcburi köçkünlər üçün salınan sayca 101-ci şəhərcikdir.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yeni kompleksdəki mənzillərdə yaradılan şəraitlə tanış oldular. Qeydedildiki, buradakı mənzillərdən 77-i bir otaqlı, 420-sı iki otaqlı, 406-sı üçotaqlı, 96-sı isə dörd otaqlıdır. Mənzillərin ümumi sahəsi 76 min kvadrat metrdir. Bütün mənzillər təmir edilib və mətbəx mebeli ilə təchiz olunub. Yeni yaşayış kompleksində hazırda Sumqayıt şəhəri və Abşeron rayon ərazisində yataqxanalarda və digər inzibati binalarda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri mənzillə təmin olunacaq. Sonra dövlətimizin başçısı və birinci xanım uşaq bağçasında yaradılan şəraitlə tanış oldular. Qeyd edildiki, burada balacaların təlim-tərbiyəsi üçün bütünimkanlarvar. 140 yerli bağça uşaqların zövqünə uyğun qurulub, onlarınrahatlığını, istirahətini və ilkin biliklərə yiyələnməsini təmin edəcək. Otaqlar və dəhlizlər uşaqların sevimli nağıl qəhrəmanlarının şəkilləri ilə bəzədilib. Binadavideomüşahidə, yanğın xəbər vericisi stemlər quraşdırılıb, uşaq bağçası zəruri mebel-inventar və avadanlıqla təchiz edilib. Bağçanın yerləşdiyi ərazidə geniş miqyaslı abadlıq-quruculuq işləri görülüb, müxtəlif çiçək və gül kolları, ağaclar əkilib. Ətrafda abadlıq və quruculuq işləri görülüb.

Daha sonra yaşayış kompleksində tikilən Qubadlı rayonu Mirağa Əliyevadına Hal kənd tam ortamək təbindəki şəraitlə tanış olan Prezidentİ lham Əliyev və birinci xanım Mehriban Əliyevaya məlumat verildiki, butəhsilocağı 792 şagirdyerlikdir. Yüksək şəraiti ilə seçilən, müasir təlim avadanlıqları ilə diqqət çəkən bu təhsil ocağında təlim-tədris üçün hər cür şərait yaradılıb.

Məktəblə tanışlıqdan sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva məcburi köçkünlərlə görüşdülər.

25.12.2018