Gənclər Təşkilatlarının Birinci Respublika Sərgisində tütünə qarşı reklam plakatlarının paylanması aksiyası

29 may 2007-ci il tarixində «Avropa» otelində, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən «Gənclər Təşkilatlarının Birinci Respublika Sərgisi» təşkil edilmişdir. «ELS» Müstəqil Araşdırmalar Mərkəzi tütünə qarşı plakatları paylamaqla sərgidə fəal iştirak etmişdir. Plakatlar, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Gənclər və İdman Nazirliyi, Ümumdünyə Səhiyyə Təşkilatı və IREX İnternetin İnkişafı və Təlimi Proqramı (İATP) dəstəyi ilə keçirilən “Sağlamlığına, gələcəyinə, firavanlığına YOX DEMƏ!” kampaniyası çərçivəsində buraxılmışdı.Plakatların paylanması «ELS» MAM-ın könüllüləri tərəfindən keçirilərək sərginin həm iştirakçıları, həm də qonaqları tərəfindən böyük maraq yaratmışdı.
Sərginin keçirilməsi müddətində 300-dən artıq plakat paylanılmışdı.

23.07.2008