«Eurovision 2012»nin finalına vəsiqə qazanan 10 ölkə məlumdur

123«Baku Crystal Hall» səhnəsində Azərbaycanın ev sahibliyi etdiyi «Eurovision 2012» mahnı müsabiqəsinin I yarımfinal mərhələsindən finala vəsiqə qazanan 10 ölkə məlum olub.APA-nın məlumatına görə, 18 ölkə arasından – Rumıniya, Moldova, İslandiya, Macarıstan, Danimarka, Albaniya, Kipr, Yunanıstan, Rusiya və İrlandiya finala vəsiqə qazanıb.

Səsvermə zamanı interval aktı şousu da nümayiş etdirilib. Qədim Azərbaycan musiqi mədəniyyətini simvolizə edən Qavaldaşı “Eurovision” səhnəsinə çıxarılıb. Bu möhtəşəm şounu həm zaldan, həm də televiziya ekranlarından izləyən milyonlarla tamaşaçı Azərbaycan mədəniyyətinin möhtəşəmliyinin şahidi olublar. İnterval şousunda Avropaya Azərbaycanın milli musiqi alətləri tar, balaban, nağaranın canlı ifası təqdim olunur. Qədim Qavaldaşında «Natiq» Ritm Qrupunun bədii rəhbəri Natiq Şirinov ifa edib. Bu şouda Azərbaycan Dövlət Rəqs Ansamblının, eyni zamanda «Natiq» Ritm Qrupunun ifası yaddaqalan olub. Artıq «Baku Crystal Hall»ında yarımfinalı uğurla başa çatıb.

23.05.2012