ELS təbrik edir!

Mehriban_Aliyeva-15Azərbaycanın birinci xanımı, ictimai xadim, millət vəkili, YUNESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, gözəl qadın….bu sadalamanı davam etdirmək də olar, amma heç bir söz bir şəxsiyyət kimi onun mahiyyətini əks etdirə bilməz. “Xoşbəzt ulduz altında doğulub” ifadəsi məhz ona – Azərbaycanın dahi şəxsiyyəti Heydər Əliyevin gəlini, dəyişməz lideri İlham Əliyevin həyat yoldaşı Mehriban xanım Əliyevaya məxsusdur. Bu gün o, doğma və yaxınları ilə birgə doğum gününü qeyd edir.

Azərbaycan xalqının mədəni irsini beynəlxalq aləmdə təbliğ edən Mehriban Əliyevanın ictimai fəaliyyəti geniş və çoxşahəlidir. Son illər ərzində həm ölkə, həm də onun hüdudlarından kənarda apardiğı işlərə görə layiq görüldüyü orden və mükafatların sayı-hesabı yoxdur. Elə təkçə Azərbaycanda ilk Avropa oyunlarının keçirilməsi ilə bağlı dünya miqyasında gördüyü işlər bu gün də hər kəsin gözü qarşısında canlanır və hələ uzun illər onun təşkilatçılığı ilə baş tutan bu möhtəşəm tədbirin əks-sədası gələcək.

“ELS” Müstəqil Araşdırmalar Mərkəzinin  kollektivi Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı doğum günü münasibəti ilə təbrik edir, ona qadın xoşbəxtliyi, möhkəm can sağlığı və Azərbaycan xalqının rifahı naminə gördüyü çoxşahəli və məsuliyyətli fəaliyyətində yeni-yeni uğurlar arzulayır!     

26.08.2015