«ELS» Müstəqil Araşdırmalar Mərkəzi mətbuatın aynasında

Mərkəzi Seçki Komissiyasında (MSK) oktyabrın 2-də keçirilən iclasında prezident seçkisində «Exit-poll» keçirmək istəyən yerli QHT-lərin akkreditasiya məsələsinə baxılıb. MSK-nın qərarı ilə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) və «ELS» Müstəqil Araşdırmalar Mərkəzi, «Vətəndaş Cəmiyyəti Uğrunda» Müstəqil Məsləhət və Yardım Mərkəzi, «Rəy» Monitorinq Mərkəzinin «Exit-poll» tədqiqatı ilə bağlı müraciətləri müsbət cavablandırılıb. Bununla bağlı yerli mətbuat orqanlarında, informasiya agentliklərində, xəbər portallarında, televiziya və radiolarda MSK-nın qərarını əks etdirən informasiya yer alıb və ölkə ictimaiyyətinin diqqətinə çatdırılıb. «ELS» Müstəqil Araşdırmalar Mərkəzi və AVCİYA ilə bağlı bu xəbər «Xalq», «525-ci qəzet», «Olaylar», «Exo», «İki sahil», «Şərq», «Xalq Cəbhəsi», «Üç nöqtə», «Azerbaydjanskie izvestiya», «Mərkəz», «Paralel», «Kaspi», «Qərbi Azərbaycanın Səsi», «Xəbər Xətti» qəzetlərində geniş yer alıb. Adları çəkilən print medianın hər birində «ELS» Müstəqil Araşdırmalar Mərkəzi və AVCİYA-nın 800 məntəqədə «Exit-poll» keçirəcəyi vurğulanıb. Həmçinin bu proses 1600 intervüer və supervayzer tərəfindən həyata keçiriləcək ki, onlara da 86 koordinator nəzarət edəcək.

Xatırladaq ki, «ELS» Müstəqil Araşdırmalar Mərkəzi və AVCİYA-nın prezident seçkisində keçirəcəyi «Exit-poll», digər yerli  təşkilatlardan fərqli olaraq, respublika üzrə bütün dairələri əhatə edir. Hazırda «Exit-poll» keçirəcək intervüer və supervayzerlər üçün «ELS» Mustəqil Araşdırmalar Mərkəzi tərəfindən təşkil olunan treninqlərin ikinci mərhələsi həyata keçirilir. Bundan əlavə təşkilat 15 oktyabr prezident seçkilərində «Quick-count» tədqiqatını da həyata keçirəcək və bununla bağlı müvafiq hazırlıq işlərini davam etdirir.

8.10.2008