“ELS – Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliynin 2018-ci il 11 aprel tarixli Prezident seçkiləri zamanı keçirdiyi «Ekzit-poll» tədqiqatının ilkin nəticələri

“ELS – Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyi aprel ayının 11-də keçirilmiş Prezident seçkilərində ölkə ərazisinin 300 seçki məntəqəsində «Ekzit-poll» tədqiqatını həyata keçirmişdir. Seçki məntəqələrinin seçimi sosiologiyada qəbul edilmiş və dünyanın bir çox ölkəsində tətbiq edilərək sınaqdan çıxmış riyazi proqrama əsasən aparılmışdır. Nəticədə seçimə düşən 300 məntəqə ölkə ərazisində olan bütün seçki dairələrini (Naxçıvan MR istisna olunmaqla) əhatə etmişdir. Ekzit-poll tədqiqatında iştirak etmiş seçici fəallığı 68,7% təşkil etmişdir.

Təcrübədə ilk dəfə olaraq saat 9.00-dan hər 1 saatdan bir qutuda toplanmış anketləri çıxararaq intervüerlər orada olan məlumatı ənənəvi zəng vuraraq ELS-in qərargahına göndərməklə yanaşı sensorlu planşetdəki xüsusi proqrama da daxil ediblər.

Sorğunun ilkin nəticələri səsvermə bitdikdən sonra Mərkəz tərəfindən ictimaiyətə açıqlanmışdır. Hazırda Mərkəzə təqdim olunan doldurulmuş sorğu anketlərinin işlənilməsi nəticəsində dəqiqləşdirilmiş nəticələr əldə olunmuşdur. Bu nəticələrə əsasən səslər namizədlər arasında aşağıda göstərildiyi kimi paylanmışdır:

Əliyev İlham Heydər oğlu –  82,71 %,

Əlizadə Araz Məmməd Mübariz oğlu –   1,87 %,

Hacıyev Hafiz Ələmdar oğlu –  2,01 %,

Həsənquliyev Qüdrət Müzəffər oğlu –  4,23 %,

Məmmədov Sərdar Calal oğlu –  3,56 %,

Nurullayev Razi Qulaməli oğlu –  0,92 %,

Oruc Zahid Məhərrəm oğlu –  3,37 %.

Quliyev Fərəc İbrahim oğlu –   1,33 %,

Eyni zamanda sensorlu planşetə daxil edilən anket məlumatları əsasında anketin digər suallarının cavabları da müəyyənləşdirilmişdir.

Belə ki, seçkidə iştirak edən seçicilərin 55,1%-ni kişilər, 43,1%- qadınlar təşkil edib. 1,8% seçici cinsini qeyd etməyib.

Yaş kateqoriyalarına görə respondentlərin 3,9%-i 18-19 yaş, 17,1%-i 20-29 yaş, 23,2%-i 30-39 yaş, 19,4%-i 40-49 yaş, 19,1%-i 50-59 yaş, 15,6%-i isə 60 və ondan yuxarı yaş kateqoriyalarına aid olmuşlar. 1,7% seçici yaşlarını qed etməmişlər.

Rəyi soruşulanların 1,0%-i 7 sinif və daha az, 2,8%-i natamam orta, 42,6%-i orta təhsilli, 12,6%-i orta ixtisas təhsilli, 4,6%-i natamam ali, 7,9% tam ali təhsilli (1993 ilə qədər), ali təhsilli 22,8%, elmi dərəcəli 1,3%-i təşkil edib. Respondentlərin 4,4%-i sualı cavablandırmayıb.

Məşğulluqlarına görə respondentlərin 32,8%-i dövlət sektorunda, 19,4%-i özəl sektorda, 4,2%-i tələbə, 9,9%-i təqaüdçü, 1,9%-i hərbçi, 6,7%-i işsiz, lakin iş axtaran, 12,5%-i evdar qadın, 8,1%-i digərləri, 4,5% seçici məşğuliyyətlərini göstərməmişlər.

Seçdikləri namizədə səs vermək qərarını nə zaman verdiklərinə gəlincə, respondentlərin 75,3%-i namizədin irəli sürdüyü haqda məlumatı alan kimi, 6,1%-i seçkiqabağı kampaniya zamanı, 3,0%-i son bir həftə ərzində, 2,5%-i dünən, 8,1%-i isə bu gün, seçki məntəqəsində olarkən, deyə cavablandırıblar. 5,0% seçici bu suala cavab verməmişlər.

Səsvermə zamanı hüquqlarınız pozulubmu? Əgər pozulubsa, bunu kim edib? sualına seçicilərin 99,6%-i pozulmadığını, 0,3%-i müşahidəçilər, 0,1%-i başqa şəxslər tərəfindən pozulduğunu bildiriblər.

Səsvermə zamanı təzyiqin göstərilməlməsini qiymətləndirən seçicilərin 99,5%-i belə bir halın olmadığını bildiriblər. 0,5% seçici bu sualı cavablandırmayıb.

Səsvermə prosesinin təşkilini respondentlər aşağıdakı kimi qiymətləndiriblər: 96,9% müsbət, 1,0% mənfi, 2,1% qiymətləndirməkdə çətinlik çəkiblər.

11.04.2018