ELS layihənin yekun təqdimatını keçirəcək

ELS Müstəqil Araşdırma Mərkəzinin AR Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə, Azərbaycan Standartlaşdırma İnstitutunun təşkilatı dəstəyilə “Açıq hökumətin təşviqinə dair təşəbbüslərin tədbiqinə ictimai dəstəyin təşkili” layihəsi başa çatmaq üzrədir.

Noyabrın 22-də Beynəlxalq Mətbuat Mərkəzində aidiyyatli rəsmi və özəl qurumlar, QHT-lər və KİV təmsilçiləri, mütəxəssislər və tələbələrin iştirakı ilə layihənin yekun təqdimatının keçirilməsi planlaşdırılır.

Tədbir iştirakçıları “Müasir texniki tənzimləmə və standartlaşdırma sistemində islahatlar: mövcud vəziyyət və perspektivlər” mövzusu ətrafında müzakirələr aparacaq.

Xatırladaq ki, layihə çərçivəsində “Metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi” ixtisasında təhsil alan tələbələrin peşələri, həmçinin mədən sənayesində işləyən istehsalçıların şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə sahəsində maarifləndirmə, standartlaşdırmanın zəruriliyi və prosedur qaydalarına dair geniş məlumat almaları məqsədilə yüksək ixtisaslı mütəxəssislər tərəfindən Azərbaycan Standartlaşdırma İnstitutunda 6 treninq keçirilmişdir.

Qeyd edək ki, avqustun 1-dən dekabrın 1-nə kimi (4 ay) davam edən layihə barədə ətraflı məlumatla KİV-lərdə, İB-nin veb və “Facebook” səhifələrində tanış olmaq olar.

19.11.2018