“Ekzit-poll” bitdi, maraq qaldı

Beynəlxalq müşahidəçilər “ELS”ın Seçki Qərargahında  

Bu gün Azərbaycanda prezident seçkilərini izləmiş beynəlxalq müşahidə missiyası, Bolqarıstan Mərkəzi Seçki Komissiyasının üzvləri 118 seçki dairəsinin 300 məntəqəsində “Ekzit-poll” tədqiqatını həyata keçirmiş ELS Müstəqil Araşdırmalar Mərkəzinin “Ambassador Hotel”də yerləşən Seçki Qərargahında olublar. 

“ELS” Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova səsvermə günü həyata keçirilmiş “Ekzit-poll”un gedişatından danışıb, müşahidəçiləri maraqlandıran sualları cavablandırıb. Bolqarıstan Seçki Komissiyasının üzvü Tania Nümayəndə heyətinin üzvü Tanya Tsaneva istər seçkilərə hazırlıq dövrü, istər də səsvermə günü heç bir pozuntuya rast gəlmədiklərini deyib və bütövlükdə Azərbaycanda 11 aprel 2018-ci il prezident seçkilərini müsbət qiymətləndirib.

Aprelin 9-da dünyanın 30 ölkəsindən 93 müşahidəçinin təmsil etdiyi qısamüddətli beynəlxalq müşahidə missiyasının tərkibində Bakıya səfər edən 17 ekspertdən ibarət Bolqarıstan nümayəndə heyəti paytaxda yerləşən seçki məntəqələrində olub, səsvermə prosesini izləyiblər.

12.04.2018