Ekspertlər: “Tezliklə istehsal müəssisələrində qabaqcıl standartlar tətbiq olunacaq”

Oktyabrın 16-da “ELS Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyi AR Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə, Azərbaycan Standartlaşdırma İnstitutunun təşkilatıi dəstəyilə “Açıq hökumətin təşviqinə dair təşəbbüslərin tədbiqinə ictimai dəstəyin təşkili” layihəsi çərçivəsində təlimlərə start verib.

Təlimlər mədən sənayesində işləyən istehsalçılar üçün standartlaşdırma sahəsində yüksək ixtisaslı ekspertlərin təqdimatında “Azərbaycanda hasilat sənayesinin inkişafında standartlaşdırmanın rolu” mövzusu ilə başladı.

Təlim iştirakçılarını ”ELS” Müstəqil Araşdırmalar Mərkəzinin sədri və layihənin rəhbəri İradə Yaqubova salamladı və layihə haqqında ətraflı məlumat verdi. Sonra ekspert Fəridə Bəşirova Dövlət Standartlaşdırma sistemi, standartlaşdırmanın əhəmiyyəti, iqtisadi inkişafa təsiri, milli standartlaşdırma orqanının fəaliyyət istiqamətləri, hüquqi bazası, prinsipləri,  aktual problemlər, əsas hədəflər, “Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və s. məsələlər barədə danışdı.

Ekspert Namiq Tağıyev treninq iştirakçılarının diqqətini standartlar və son illər bu sahədə görülən işlərə yönəldərək, tezliklə istehsal müəssisələrində qabaqcıl standartların tətbiqi, müəssisələrdə texniki maneələrin aradan qaldırılmasını mümkünlüyünü dilə gətirdi.

Sonra mövzu ətrafında müzakirələr keçirilib.

16.10.2018