Bölmə: Layihələr

“ELS” Müstəqil Araşdırmalar Mərkəzi 1180 seçki məntəqəsində “exit-poll” keçirəcək

İradə_Yaqubova-Musahibe“Seçkilər” Media Mərkəzi –  Dünyada demokratik idarəetmə sisteminin əsas atributlarından sayılan seçkilərin şəffaflığını təmin etmək, ictimai rəyin sözügedən prosesə münasibətini öyrənmək üçün “exit-poll” adlandırılan tədqiqat növündən istifadə edilir. Azərbaycanda da 2003-cü ildən başlayaraq prezident, parlament və bələdiyyə seçkilərində, o cümlədən referendumda “exit-poll” keçirilir. “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin sədri İradə Yaqubova “exit-poll”un mahiyyəti, məqsədi, seçicilərin bu sorğuya münasibəti və digər məsələlərlə bağlı “Seçki-2015.az” saytına müsahibə verib.

– İradə xanım, dünyada, eləcə də Azərbaycanda keçirilən seçkilərdə “exit-poll” tədqiqatı aparılır. Bu tədqiqatın mahiyyəti nədən ibarətdir? Davamı →

27.10.2015

ELS Müstəqil Araşdırmalar Mərkəzi “exit-poll” keçirəcəyi dairələrin və məntəqələrin sayını açıqlayıb

Secki-Ekzitpoll2013ELS Müstəqil Araşdırmalar Mərkəzi parlament seçkiləri günü 118 seçki dairəsinin 1180 seçki məntəqəsində “exit-poll”  keçirəcək. “Report”un məlumatına görə, mərkəzin sədri İradə Yaqubova oktyabrın 27-də keçirdiyi mətbuat konfransında deyib ki, rəhbərlik etdiyi qurum 2008-ci ildən bütün seçkilərdə fəal iştirak edir: “ELS Müstəqil Araşdırmalar Mərkəzi 2006-cı ildən fəaliyyət göstərir, 2007-ci ildən dövlət qeydiyyatına alınıb. Bu müddət ərzində bütün seçkilərdə iştirak etmişik. Xeyli təcrübə qazanmışıq, fəaliyyətimizi təkmilləşdirmişik”.

İ.Yaqubova bildirib ki, noyabrın 1-də “exit-poll”un keçirilməsinə 2600 şəxs cəlb olunacaq: “Burada iş könüllülük prinsipi əsasında aparılır”.

Onun sözlərinə görə, Naxçıvan Muxtar Respublikasındakı seçki dairələri istisna olmaqla, ölkə ərazisində olan digər seçki dairələrində “exit-poll” keçiriləcək.

Mərkəz sədri “exit-poll”un keçirilmə qaydaları ilə bağlı da məlumat verib.

27.10.2015

“ELS” Müstəqil Araşdırmalar Mərkəzi 1180 seçki məntəqəsində “exit poll” keçirəcək

İradə_Yaqubova_TrendBu gün “ELS” Müstəqil Araşdırmalar Mərkəzi Trend İnformasiya Agentliyinin dəstəyi ilə Milli Məclisə noyabrın 1-ə təyin edilən seçkilərdə “exit poll” keçirməsi ilə bağlı mətbuat konfransı keçirib. Trend-in məlumatına görə, Mərkəzin sədri İradə Yaqubova rəhbərlik etdiyi təşkilatın fəaliyyəti və “exit poll” keçirməsi qaydaları barədə ətraflı məlumat verib. O bildirib ki, Mərkəzin “exit poll” keçirmək sahəsində geniş təcrübəsi var: “Bizim təşkilatımız 2008-ci ildən bəri keçirilən bütün seçkilərində “exit poll” keçirib”.

İ.Yaqubova qeyd edib ki, Mərkəz 118 dairə üzrə 1180 seçki məntəqəsində “exit poll” keçirəcək… Davamı →

27.10.2015

“ELS” 118 seçki dairəsi, 1180 seçki məntəqəsində “exit poll” keçirəcək

İradə_Yaqubova_2015(1)Bu gün “ELS” Müstəqil Araşdırmalar Mərkəzi noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkilərində “exit poll”-la bağlı mətbuat konfransı keçirib.
APA-nın məlumatına görə, mərkəzin rəhbəri İradə Yaqubova bildirib ki, mərkəz 2008-ci ildə prezident seçkiləri, 2009-cu ildə referendum və bələdiyyə seçkiləri, 2010-cu ildə parlament, 2013-cü ildə prezident seçkiləri zamanı “exit-poll” tədqiqatını həyata keçirib.

Onun sözlərinə görə, bu il də “exit poll” keçirməkdə məqsəd seçki məntəqələrini tərk edən seçicilər arasında sorğu keçirməkdir: “Hər seçki məntəqəsinin çıxışında əməkdaşlarımız seçicilərə yaxınlaşıb anonim anketlərin doldurulmasını təklif edir. Anket seçici tərəfindən doldurulur və şəffaf qutuya salınır”. O qeyd edib ki, bu il 118 seçki dairəsi, 1180 seçki məntəqəsində “exit poll” keçiriləcək: “”Exit poll”un keçirilməsinə 2600 kadr cəlb olunub”.

27.10.2015

Beyləqan-Fizuli rayonalarında təlimlər başa çatıb

26.10.2015-Beyleqan-Fizuli“ELS” Müstəqil Araşdırmalar Mərkəzi müəyyənləşdirdiyi qrafik üzrə regionlarda  2015-ci il Parlament seçkiləri zamanı “Ekzit-poll” tədqiqatını həyata keçirəcək supervayzer və intervüerlər üçün təlimləri davam etdirir. Bu dəfə Mərkəzin  mütəxəssisləri Beyləqan-Fizuli rayonlarının seçki məntəqələrinin çıxışında işləyəcək supervayzer və intervüerlər üçün treninqlər keçiriblər. Oktyabrın 26-da təşkil olunan təlimlərdə supervayzer və intervüerlərə tədqiqat müddətində həyata keçirəcəkləri işlər, o cümlədən tədqiqatın qaydalarına uyğun atacaqları addımlar, sorgu və anket vərəqələri barədə məlumat verilib… FOTOQALEREYA Davamı →

26.10.2015