Bölmə: Milli-mənəvi dəyərlərin qorunmasında informasiya-kommunikasiya texnologiyalarının rolunun gücləndirilməsi



Yenidən “Açıq dərs”dəyik

06.05.2015“Mənəvi sərvətimizi necə qoruyaq?”

Mayın 6-da ELS” Müstəqil Araşdırmalar Mərkəzi-İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökümət Təçkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “Milli-mənəvi dəyərlərin qorunmasında informasiya-kommunikasiya texnologiyalarının rolunun gücləndirilməsi” layihəsi çərçivəsində İctimai Televiziyanın “Açıq dərs” verilişində növbəti müzakirələr keçirilmişdir.

“Açıq dərs” studiyanın ekspertləri “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri, texnika elmləri üzrə fəlsəfə doktoru İradə Yaqubova, Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü, professor, bəstəkar Oqtay Rəcəbov, Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin direktoru, professor Nazim Kazımov, Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı, filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə “Mənəvi sərvətimizi necə qoruyaq?”mövzusu ətrafında apardıqları maraqlı fikir mübadiləsi ilə yadda qalıb.Press-reliz FOTOQALEREYA Davamı

7.05.2015


ANONS! Mayın 6-sı ELS İctimai Televiziyanın efirində

06.05.2015-itvMayın 6-sı “ELS” Müstəqil Araşdırmalar Mərkəzi – İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə Azərbaycan Təhsil Nazirliyi və İctimai Televiziya ilə birgə həyata keçirdiyi “Milli-mənəvi dəyərlərin qorunmasında informasiya-kommunikasiya texnologiyalarının rolunun gücləndirilməsi” layihəsi çərçivəsində “Mənəvi sərvətimizi necə qoruyaq?” mövzusu ətrafında “Açıq dərs” verilişinin ikinci efiri yayımlanacaq. Ekspertlər “ELS” Müstəqil Araşdırmalar Mərkəzi Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova,  Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü, professor, bəstəkar Oqtay Rəcəbov, Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı, filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə, Milli Konservatoriyanın nəzdində Musiqi Kollecinin direktoru, professor Nazim Kazımov və studiyanın qonaqları ilə birgə maraqlı müzakirələr olmuşdur.

Beləliklə, çərşənbə günü axşam saat 19:00-da “Açıq dərs” verilişinin növbəti efirini  qaçırmayın!   FOTOQALEREYA     Davamı

4.05.2015


“ELS”-in ilk verilişi ictimai müzakirələrlə yadda qaldı

01.29.04.2015Aprelin 29-da “ELS” Müstəqil Araşdırmalar Mərkəzi-İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə Azərbaycan Təhsil Nazirliyi və İctimai Televiziyası ilə birgə həyata keçirdiyi “Milli-mənəvi dəyərlərin qorunmasında informasiya-kommunikasiya texnologiyalarının rolunun gücləndirilməsi” layihəsi çərçivəsində “Açıq dərs” verilişinin ilk efiri olub. “Milli-mənəvi dəyərlərin qorunmasında vətəndaş cəmiyyətinin iştirakı”  mövzusu ətrafında studiyanın ekspertləri Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası Katibliyinin icraçı direktoru Fərasət Qurbanov, “ELS-Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyinin sədri İradə Yaqubova, Təhsil nazirliyinin təmsilçisi Elçin Sərdarov, İctimai Televiziyanın Gənclər, Elm və Təhsil Departamentinin direktoru Zaur Mahmudov və QHT sektorunun nümayəndələri ilə birgə aktual və maraqlı müzakirələr keçirilib.

Hər çərşənbə günü axşam saat 19:00 efirə gedəcək növbəti 5 verilişdə də cəmiyyəti narahat edən aktual məsələlərdən söhbət gedəcək. Press-reliz Davamı

30.04.2015
 

ELS-in layihəsi çərçivəsində İTV-də “Açıq dərs” verilişlərinin çəkilişləri başlanıb

ELS-logo_layihe“ELS-Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə Azərbaycan Təhsil Nazirliyi və İctimai Televiziyası ilə birgə həyata keçirdiyi “Milli-mənəvi dəyərlərin qorunmasında informasiya-kommunikasiya texnologiyalarının rolunun gücləndirilməsi” layihəsi çərçivəsində “Açıq dərs” verilişlərinin çəkilişlərinə başlamışdır. 6 buraxılışdan ibarət silisilə verilişlərin hər birisi milli-mənəvi dəyərlərin qorunması və gənc nəslə ötürülməsi ilə bağlı müxtəlif mövzulara həsr olunmuşdur. Hər bir mövzuya müvafiq müzakirə iştirakçılarının seçimi və dəvəti prosesi artıq başa çatmışdır. Davamı

23.04.2015