İyunun 5-də “ELS-Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyi Beynəlxalq Mətbuat Mərkəzində “Milli-mənəvi dəyərlərin qorunmasında İKT-nin rolunun gücləndirilməsi”layihəsinin yekun təqdimatının keçirmişdir. Aprelin 9-dan başlayan layihə ELS-in Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə, Təhsil Nazirliyi və İctimai Televiziyanın iştirakı ilə mümkün olmuşdur.
Tədbirdə çıxış edən “ELS” Müstəqil Araşdırma Mərkəzinin rəhbəri İradə Yaqubova bildirib ki, aprelin 23-də aidiyyatı dövlət qurumları, qeyri-hökümət təşkilatları, kütləvi-informasiya vasitələri nümayəndələrinin iştirakı ilə keçirilən layihənin ilkin təqdimatı zamanı “ELS”-ın aprel ayında Bakı şəhərinin ümumtəhsil və ali təhsil müəssisələrinin 740 şagird və tələbələri arasında apardığı sorğunun nəticələri təqdim edilmişdir… FOTOQALEREYA Davamı

İyunun 3-də İctimai Televizyanın “Açıq dərs” verilişində “ELS” Müstəqil Araşdırmalar Mərkəzi – İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə Azərbaycan Təhsil Nazirliyi və İctimai Televiziya ilə birgə həyata keçirdiyi “Milli-mənəvi dəyərlərin qorunmasında informasiya-kommunikasiya texnologiyalarının rolunun gücləndirilməsi” layihəsi çərçivəsində “Uşaqların asudə vaxtının təşkili” mövzusu müzakirə olunub.
İyunun 3-də ELS” Müstəqil Araşdırmalar Mərkəzi – İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə Azərbaycan Təhsil Nazirliyi və İctimai Televiziya ilə birgə həyata keçirdiyi “Milli-mənəvi dəyərlərin qorunmasında informasiya-kommunikasiya texnologiyalarının rolunun gücləndirilməsi” layihəsi çərçivəsində 6 verilişdən sonuncu efirə gedəcək.
“Açıq dərs”də “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin müzakirələri davam edir
Mayın 27-də “ELS” Müstəqil Araşdırmalar Mərkəzi – İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə Azərbaycan Təhsil Nazirliyi və İctimai Televiziya ilə birgə həyata keçirdiyi “Milli-mənəvi dəyərlərin qorunmasında informasiya-kommunikasiya texnologiyalarının rolunun gücləndirilməsi” layihəsi çərçivəsində “Kitab dostumuzdur, yoxsa…? Mütaliəyə bugünkü münasibət” mövzusu “Açıq dərs” verilişinin müzakirə predmeti olacaq. Ekspertlər “ELS” Müstəqil Araşdırmalar Mərkəzi Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova, Mədəniyyət və Turizm Nazirliyinin Kitab dövriyyəsi sektorunun müdiri, tarix üzrə fəlsəfə doktoruLətifə Məmmədova, yazıçı,“Sehrli Dünya” jurnalının baş redaktoru Gulzar Ibrahimova və şair Vahid Əziz studiyanın qonaqları ilə birgə maraqlı müzakirələr aparacaqlar.
