Bölmə: Elektrik enerjisi və təbii ehtiyatların səmərəli istifadəsi



“Müasir enerjiqoruyucu texnologiyaların ölkəmizdə tətbiqinin monitorinqi” mövzusunda Dəyirmi Masa keçiriləcək

“ELS” Müstəqil Araşdırmalar Mərkəzi 2009-cu ilin oktyabr ayının 15 tarixində saat 12:00-13:00-da “Caspian Plaza” otelinin konfrans zalında “Müasir enerjiqoruyucu texnologiyaların ölkəmizdə tətbiqinin monitorinqi” mövzusunda Dəyirmi Masa keçirəcək.

Tədbirdə Prezidentin Administrasiyası, Nazirlər Kabineti, Milli Məclis, Dövlət Gömrük Komitəsi, Sənaye və Energetika Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Vergilər Nazirliyi, Maliyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyi, “Azərenerji” ASC, İcra Hakimiyyəti və digər rəsmi strukturlar, yerli QHT, beynəlxalq təşkilatların, o cümlədən KİV təmsilçilərinin iştirakı nəzərdə tutulub. Davamı

12.10.2009


Azərbaycanda közərmə lampaları satışdan nə vaxt götürüləcək?

isiq“ELS” rəsmi qurumlara sorğu ilə müraciət edib
Qlobal iqlim dəyişməsi aktual problem qismində dünyanın bir çox ölkələrində ciddi tədbirlərin görülməsinə təkan vermişdir. Bununla bağlı müxtəlif tədbirlər həyata keçirilir. Belə tədbirlərdən biri də elektrik enerjisinin qənaətinə yönəldilmiş ənənəvi közərmə lampalarının enerjiqənaətedici lampalarla əvəz edilməsidir. Davamı

6.10.2009