Bölmə: Xəbərlər

Yeni piyada keçidi açılışa hazırdır

Bakının Yasamal rayonunda yerləşən Fizuli meydanında yenicə inşa edilmiş yeraltı piyada keçıdı açılışa hazırdır. 1news.az xəbər verirki, oradakı bütün işlər başa çatıb. Keçid Azərbaycan Dövlət Milli Akademik Dram Teatrının (Azdrama) qarşısındakı Fizuli abidəsi yaxınlığında yerləşir və Fizuli meydanının altında yerləşən dükanlara aparan uzun keçidlə birləşir. Davamı

10.01.2019

Azərbaycanda velosiped zolaqları və duracaqları yaradılacaq

Azərbaycan yollarında velosiped zolaqları və duracaqları yaradılacaq. Trend-in məlumatına görə, bu barədə Prezident İlham Əliyevin 27 dekabr 2018-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramında deyilir. Davamı

7.01.2019

2018-ci ildə 5 yaşlı uşaqların 75%-i məktəbəhazırlığa cəlb edilib

2018-ci ildə 5 yaşlı uşaqların 75 faizi məktəbəhazırlığa cəlb edilib. Bu göstəricinin 2020-ci ildə 90 faizə çatdırılması nəzərdə tutulur. Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, 165 mindən çox uşaq birinci sinfə gedib

Bakı ilə yanaşı, Gəncə və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun, eləcə də Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu elektron sistem (mektebeqebul.edu.az) vasitəsilə həyata keçirilib. Davamı

3.01.2019

Bakıda qurulan yolka MDB ölkələri arasında 2-ci yer tutub

MDB ölkələrində qurulan ən uzun yolkaların reytinqi hazırlanıb. Trend-in “TurStat”a isitnadən verdiyi məlumata görə, MDB-nin ən uzun yolkası Aşqabadda qurulub. Onun uzunluğu 38 metr təşkil edib.

Bakıda və Yerevanda qurulan yolkalar (37 metr) reytinqdə 2-ci və 3-cü yerləri paylaşıblar. İlk onluğa həmçinin Daşkənd (35 metr), Minsk (30 metr), Düşənbə (28 metr), Moskva (27 metr), Astana, Bişkek və Tbilisidə (25 metr) qurulan yolkalar daxil olublar.

3.01.2019