Bölmə: Xəbərlər

Bu gün milli televiziya və radio günüdür

Bu gün Azərbaycan televiziyasının 62 və radiosunun 92 yaşı tamam olur. Trend-in məlumatına görə, 1926-cı il noyabrın 6-da Azərbaycan radiosu fəaliyyətə başlayıb və həmin gündən sözügedən tarix radio işçilərinin peşə bayramı kimi keçirilir.

Azərbaycan televiziyası yaranandan sonra bu tarix təkcə radionun deyil, həm də teleradionun yaranma günü kimi qeyd olunmağa başlayıb. Davamı

6.11.2018

Ağdamda yeni məktəb binasının tikintisinə 1 milyon manat ayrılıb

Noyabrın 5-də Prezident İlham Əliyev Ağdam rayonunun Birinci Yüzbaşılı kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi haqqında sərəncam imzalayıb, – Trend İA xəbər verir.

Sərəncamda qeyd edilir ki, Ağdam rayonunun Birinci Yüzbaşılı kəndində 132 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 1 milyon manat ayrılsın. Davamı

6.11.2018

Bu il Azərbaycanada imtahanların təşkilində 48 mindən artıq nəfər iştirak edib

Bu il imtahan prosesində nizam-intizam və təhlükəsizliyi təmin etmək məqsədi ilə 48 min 309 nəfər – imtahan rəhbəri, zal nəzarətçisi və buraxılış rejimi əməkdaşı qismində cəlb olunub. Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Dövlət İmtahan Mərkəzinin fəaliyyəti: İmtahanlara dövlət və ictimai nəzarətin vəhdəti” mövzusunda Gəncədə keçirilmiş konfrasda bildirib. Məlumatı DİM-ə istinadən Trend yayıb.   Davamı

5.11.2018