“İran dövləti bizi əfv edib. Orada bizimlə İslam dəyərləri çərçivəsində davranırdılar, mərhəmət göstərirdilər. Ailəmizlə, Təbrizdəki Azərbaycan Konsulluğunun əməkdaşları ilə əlaqə yaratmağa şərait yaradırdılar”. Davamı
Bölmə: Xəbərlər
Sabah İranda həbsdən azad olunmuş şairlərin Azərbaycana gəlməsi gözlənilir
Bu gün İranda həbsdən azad olunmuş Azərbaycan vətəndaşları Fərid Hüseyn və Şəhriyar Hacızadə Azərbaycanın Təbrizdəki Baş konsulluğuna təhvil veriliblər. Onların sentyabrın 5-də Azərbaycana gəlməsi gözlənilir. Bu barədə APA-ya Azərbaycan XİN mətbuat xidmətinin rəhbəri Elman Abdullayev məlumat verib. Davamı
Nizami Gəncəvinin “Xəmsə”sinin yeni nüsxəsi tapılıb
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, AMEA-nın müxbir üzvü Rafael Hüseynov dünya ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin “Xəmsə”sinin naməlum nüsxəsini tapıb. Davamı
Azərbaycan Ordusunun zabiti Ramil Səfərov azadlığa buraxılıb
Azərbaycan prezidenti İlham Əliyev Ramil Səfərovun əfv olunması barədə sərəncam imzalayıb. APA-nın xəbərinə görə, sərəncamda bildirilir ki, 1977-ci ildə anadan olmuş, Macarıstanın Budapeşt Paytaxt Məhkəməsinin 2006-cı il 13 aprel tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Azərbaycan Respublikasının vətəndaşı Səfərov Ramil Sahib oğlu cəza çəkməkdən azad edilib. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir. Davamı
Azərbaycan Səhiyyə Nazirliyi qatarla avtobusun toqquşması nəticəsində 6 nəfərin öldüyünü, 41 nəfərin yaralandığı açıqlayıb
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli APA-ya açıqlamasında deyib ki, qəza nəticəsində 6 nəfər ölüb, 41 nəfər yaralanıb. Hadisə barədə saat 7.28 radələrində “103” xidmətinə müraciət daxil olub. Dərhal hadisə yerinə 17 təcili tibbi yardım briqadası göndərilib. “103” xidməti hadisə nəticəsində xəsarət alan çoxsaylı yaralılara yerindəcə ilkin tibbi yardım göstərib, daha sonra isə onları xəstəxanalara çatdırıb. Davamı


