Noyabrın 14-də “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının növbəti mərhələsinə başlanılıb. AZƏRTAC xəbər verir ki, artıq beşinci ildir Azərbaycanın orta ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdlərinin “Ölkəmizi tanıyaq” devizi altında Vətənimizin müxtəlif bölgələrinə maarifləndirici tur-aksiyaları təşkil olunur. Davamı
Bölmə: Ana səhifə
Məktəblərdə payız tətili başlayır
Noyabrın 16-dan ümumi təhsil müəssisələrində 2018-2019-cu tədris ili üzrə payız tətili başlayır. Payız tətili 16-20 noyabr tarixlərini əhatə edir. Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, tədris ilinin 5 günlük növbəti – qış tətili isə 27-31 yanvar 2019-cu il tarixlərində olacaq. Davamı
Deputatlar bu gün büdcə müzakirələrinə toplaşır
Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək. Trend-in məlumatına görə, noyabrın 13, 14 və 15-də keçiriləcək iclasının gündəliyinə 11 məsələ daxildir. Davamı
Prezident İlham Əliyev Elektron Hökumətin İnkişafı Mərkəzinin inzibati binasının açılışında iştirak edib
Noyabrın 12-də Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyindəki Elektron Hökumətin İnkişafı Mərkəzinin inzibati binasının açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər. Dövlətimizin başçısı inzibati binanın rəmzi açılışını bildirən lenti kəsdi. Davamı
Azərbaycanda 2020-ci ilədək 5 minədək sağlamlıq imkanları məhdud uşaq məktəbdə təhsil alacaq
“Sağlamlıq imkanları məhdud uşaqlar üçün inklüziv təhsilin genişləndirilməsi” layihəsi çərçivəsində Azərbaycanda 2020-ci ilədək 5000 nəfərədək sağlamlıq imkanları məhdud uşağın ümumtəhsil məktəblərində təhsil almasına imkan yaradılacaq. Trend-in məlumatına görə, bunu YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin adıçəkilən layihənin təqdimat mərasimində çıxış edərkən bildirib. Davamı


