Azərbaycan geniş zolaqlı internetin inkişafına yüz milyonlarla vəsait qoyacaq

internet23Azərbaycanda geniş zolaqlı internet şəbəkəsinin inkişafı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin qarşısında duran ən vacib məsələlərdən biridir. Bunu çərşənbə axşamı “Yeni Azərbaycan” partiyası ilə birgə keçirdiyi iclasda Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasov bildirib.

“Trend” informasiya agentliyinin məlumatına görə, nazir ilin sonunadək optik rabitə xətlərinin genişləndirilməsi və optikanın son istifadəçiyə çatdırılmasının nəzərdə tutulduğunu deyib. Oxşar layihə bu gün Türkiyədə 35 milyard dollar məbləgində həyata keçirilir. Azərbaycanda isə 2015-ci ilə qədər 342 milyon dolların xərclənməsi nəzərdə tutulub. Əli Abbasovun sözlərinə görə, olduqca gəlirlə hesab edilən layihə sonrakı illərdə xərclənən vasaiti qaytarmağa imkan verəcək.

19.06.2012